30.04.2016 [15:42] - Gündəm, Sosial, Bildiriş
Azərbaycanda yeni tədris ili üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydaları açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin təsdiqlədiyi "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə" qaydalara uyğun olaraq, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Qaydalara görə, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilini başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.
Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.
Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu qadağandır.
Azərbaycan ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 36 saatdan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri araslnda, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli Qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.
Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak etmək üçün sənəd qəbulu iyunun 1-dən 12-dək, müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu iyul ayının 1-dən 17-dək elektron yolla aparılacaq.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |