Şrift:
Ölkələrdə hər hansı bir deyişikliyin ortaya çıxması üçün o ölkənin mərkəzi hökümətinin zəiflənməsi şərti ilk aqla gələn olduğu kimi inkar edilməzdir.
19.02.2012 [22:56] - Güney Azərbaycan xəbərləri
Demokratik ölkələrdə seçgilər nəticəsində ortaya çıxan parlamentin tutduğu yol ölkə siaysətini və gərəkirsə yasa, anayasa və başqa deyişiklikləri qansız qadasız həyata geçirir. Ancaq, diktatorluqla idare edilən sistemlərdə, hakimiyətlər xalqın səsini, güc işlədərək top- tank və polis gücü ilə boğduğuna görə durum fərqlənir. Başqa ifadə ilə bu ölkələrdə mərkəzi hakimiyətin zəifləməsi üç ayrı yolla gərçəkləşir.

1- Üstün bir xarici gücün müdaxiləsi
2- Daxildəki müxalif quvvələrin böyük əziyətlərə qatlanaraq geniş çaplı yürüşləri
3- Silahlı mübarizə
Bu ölkələrdəki ictimai-siaysi-iqtisadi və etnik durumun təsiri altında yuxarıda adı geçən deyişim modelləri formalaşır və xalqın ümumi istəyinə çevrilir. Bizi ilgiləndirən, güney Azərbaycan probləminin həlli olduğuna görə, dünyadakı uzaq vəya yaxın geçmişdə, yuxarıdakı modellərlə deyişən ölkələrərdə xalqlar və millətlər öz istəyinə çatıp-çatmaması bir təcrübə olsa da əsas məsələ İran adlanan ölkədəki durumdur. O coğrafiyada uzaq geçmişdə baş verən hadisələrdə, Türk milləti olaraq başımızın börksüz qalmasının səbəbi milli kimliyimizdən xəbərsiz, Arya ırqına dayanan Fars şovinizminin yalançı təbliqati nəticəsində milli düşüncədən uzaq qalmamız olsa da yaxın geçmişdə və bugün aldanmağımızın səbəi fərqlidir. Geçən yüz ildə o ölkədə yuxarıda adı çəkilən hər üç model usulu ilə deyişikliklərdə verdiyimiz qanlar müqabilində, heç nə qazanamağımızın səbəblərini aşağıdakı kimi sıralamaq olar.
- Türk kimliyi və Azərbaycançılıq məfkurəsindən uzaqlıq.
- Daxilimizdəki mangurtlar vasitəsi ilə aldatılaraq bəzi kiçik vədələrə innamaq.
- Bəlli bir coğrafiyada bəlli bir siyasi ideala yiyələnməmək.
- Üzdən iraq siayasətçilərimizin, şəxsi mənafeilərinə qurban getmək.
- Düzgün bir siaysi təşkilatdan yoxsun olduğumuza görə fars şovinizminin hiləgəranə siaysətlərinə boyun əymək.
Bu sıralamağa daha çox maddələr artırmaq olsa da, yıxılmağımızın kökündə duranları anlatmaqla yetənək və bugünkü durumu azcacıq açıqlayaraq gələcək deyişiklikdə başarı yollarını axdaraq.
Şübhə yoxdur ki, dünya və çevrəmizdəki gedişata tabi olaraq güney Azərbaycanda bugün fərqli durum sərgilənməkdədir. Azərbaycan milli hərəkatının umumi axışının Türklük mehvəri ətrafında fırlanan Azərbaycançılıq məfkürsinin təşkil etdiyi kimsəyə sır deyil. O ölkədə gələcəkdə hər hansi bir səbəb üzündün baş verəcək deyişiklikdə bizi başarıya aparacaq bu xəttin üstündə, milli hərəkatımızın Azərbaycanın tarixi topraqlarına yiyələnməsi də ikinci böyük addım olaraq dəyərləndirilməlidir. Bunda da şübhə yoxdur ki, azadlıq yolunda başarımızın təmini üçün qeyd edilən məfkurələrin təkcə milli hərəkətə qoşulanlarla kifayətlənməyib, bütün millətimizin içini doldurması ən vacib məsələdir. Bunda da şübhə yoxdur ki, bugün yüzdə yirmisi oyanmış olan 30 milyon millətimizin oyanış prosesi artıqca, düşmən çeşitli vasitələrlə onu önləməyə çalışmaqda və düz yolundan azdırmaq istəməkdədir. Asdı – kəsdi siaysəti açıq aydın göründüyünə görə onun qarşısında dayanmaq və hətta ondan istifadə edib milli dirçəlişi gücləndirmək məntiqi görüşdür. Ancaq, geçmişdə olduğu kimi bugündə dəvam edən aldatıcı siaysətlər, milli hərəkatımızın yönünü deyişərək yolsuzluğa sürütləmək ən qorxulu maniədir. Adı bizim özü özgənin olan milli hərəkatımıza nufuz etmiş, fars təbliqatından nəcat tapamamış bəzi soydaşlarımızdan suistifadə edərək, milli hərəkatımızı rejim davasına aparmaq istəyənlər, bəyaniyələrində hərəkatımızı İranda gedən umumi hərəkətə bağlıyaraq doğru yoldan azdırmaq istəyənlərin təhlükəsi ən böyük maniə kimi qarşımızdadır. Bugünkü hakimiyətə özlərini alternativ sayan aşırı farsçıların aldatmalarının yanında, hakimiyətdə olanların da çeşitli anti Azərbaycan, anti Türk siayasətərinə diqqət edilməlidir. Bunun ən bariz numunəsi Azərbaycanlıları Güney Azərbaycan probləmindən siyirib, hakimiyətin umum İran siaysətinə sürütləmək üçün adını seçgi qoyduqları oyundan şiddətlə faydalanırlar. Onun üçün firsəti münasib görüb, geçmişdəki bəyaniyələrimizdə də bildirdiyimiz kimi bu seçgilərdə də Urmu və ona tay şəhərlərin xaricində xalqımızın seçgidə iştiraki Farsçılıq sistəminə xidmətdən başqa bir ifadə daşımıyacaqdır. Hətta əgər, xalqın hörmət etdiyi insanları sırıtlamaq istəsələr də bizim millətimizə heç bir faydası olmuyacaqdır.
Milli sözlər danışaraq, milli quvvələri vurub meydandan çıxarmaq istəyənlər, milli hərəkata aidatı olmuyanları millətin boynuna mindirənlərin hədəfi istər paxıllıq, şəxsi mənafe vəya hər hansi bir xarici quvvənin təlimati ilə olsun ən böyük əngəl kimi qarşımızdadır. İnsanlara dəyər biçərkən danışdıqları sözlərlə yanaşı, əməli siaysətləri və davranışları ilə də ölçmək, hərəkatımızın təhrifini önlər, əngəlləri silər.
Bütün millətimiz oyanmış olsa dahi, bir sistem içərisində mütəşəkkil olmadığı halda başarılı olacağı inanılmazdır. Özəlliklə çeşitli qrup və dəstəri bir birinin canına salaraq, bulanlıq sudan balıq tutan Aryaçıların oyunları hamımıza aydındır. Milli hərəkatımızı, onun durmunu, özəlliklə qarşımızda olan maniələri dərindən incəliyərək “Azərbaycan Mərkəzli Düşüncə Sistəminə” inananların “şura” formasında bir qurumun içində birləşməsinin də ortaya atılması əslində “parçala hakim ol” siaysətinin qarşısında atılan bir addımdır. Güc mərkəzinə dönüşmək üçün 10-12 il öncə ortaya atılan bu fikrin qarşısında çeşitli maniə törədənlərin yanında, milli hərəkətçilərimizin hadisələrdən və siyasətlərdən az məlumat alması da üzücüdür. Bu xəbərsizlər bilməlidir ki, bu müddət ərzində, bəziləri 7- 8 dəfə birlik yaratmaq istəsələrdə, ancaq birliyə alternativ yaratmaqla əngəl olmuşlar. Bu insanların hədəfi nə olursa olsun, əməllərinin nəticəi milli hərəkatımızın ziyanına olmuşdur.
Onun üçündür ki, %99- u təmiz ürəkli və fədakar olan milli hərəkətçilərimizin Yüz ölçüb bir biçmələri başarımızın qarantısı ola bilər. O ölkədə bir deyişiklyin ortaya çıxacağı ər- gec qaçınılmazdır. Hazırlaşmasaq, genə uduzacağımızda inkar edilməzdir.

Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat komitəsi
Bu xəbər oxucular tərəfindən 1699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed