02.05.2016 [15:58] - Gündəm, Gənclik, Türk dünyası-Turan
AMEA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub.
Konfransda universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək on beş ildir ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Konfransın Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün təqdim ediləcək məruzələr olduqca aktual məsələlərə həsr olunub. Konfrans türkdilli xalqların musiqi ənənələri sahəsindəki problemlər və onların həlli yollarının araşdırılması, ortaq mədəniyyətimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi yönündə geniş imkanlar açacaq.
F.Əliyeva bu kimi tədbirləri elmlə təhsilin inteqrasiyasının sürətlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Qeyd edib ki, belə tədbirlərin təşkili gənclərin elmi potensialını üzə çıxarmaq, onların araşdırmalarına dərindən nəzər salmaq, əldə etdikləri təcrübələri elmdə tətbiq etmək eyni zamanda, musiqi sahəsində gedən prosesləri izləmək baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.
Daha sonra konfarnsda ADMİU ilə AMEA-nın Nizami adına Ədəbiyyat və Memralıq və İncəsənət institutları arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türksoylu xalqların ortaq tarixi köklərə, böyük mədəniyyət və çoxəsrlik ənənələrə malik olduqlarını vurğulayıb. Qeyd edib ki, müstəqillik illərində türksoylu xalqaların elmi-mədəni, ədəbi və iqtisadi əlaqələri bərpa olunaraq daha da inkişaf edib.
Akademik İsa Həbibbəyli tədbir iştirakçılarına 2009-cu il oktyabrında Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısını xatırladaraq, tədbirin türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı yönündə əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhvələr verdiyini bildirib. O, eyni zamanda yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun mənəvi türk birliyinin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Alim hazırda bu birliyə üzv ölkələrin iştirakı ilə Ortaq ədəbiyyat tarixinə dair dərsliyin hazırlandığını da qeyd edib.
Akademik bugünkü konfransın bütün türk dünyasını düşündürən aktual məsələlərə həsr olunduğunu qeyd edərək, tədbirin xüsusi önəm kəsb etdiyini, imzalanan memorandumun elmlə təhsilin inteqrasiyası baxımdan əhəmiyyətini vurğulayıb.
Beynəlxalq konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik Quliyev və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək türk xalqlarının elmi və mədəni əlaqələrinin tarixindən danışıblar.
Plenar iclasdan sonra konfrans öz işini 4 seksiya üzrə davam etdirib.
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |