Şrift:
Hərbi ekspert: Azərbaycan Ordusu bu gün həmişəkindən daha güclü döyüş ruhuna sahibdir
03.05.2016 [09:53] - Gündəm, DAVAMın yazıları
Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı qəhrəman Azərbaycan əsgərinin əlini sıxması, onun döyüş meydanında göstərdiyi şücaəti şəxsən qiymətləndirməsi həm Ordumuzun, həm də cəbhəboyu zonada yaşayan əhalinin ruh yüksəkliyini xeyli artırdı. Bu, həm də hərbi-siyasi arenada məğlub olan və çıxılmaz vəziyyətə düşən Ermənistanın kriminal rejiminə, “müharibə partiyası”na, o cümlədən beynəlxalq birliyə də mühüm bir ismarıc idi.

Bu fikirləri hərbi ekspert Ramil Məmmədli açıqlamasında deyib.

Ekspert bildirib ki, kriminal Ermənistan rəhbərliyi Azərbaycanın Ali Baş Komandanının söylədiyi fikirlərdən nəticə çıxarmalıdır. Çünki Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir. Döyüş mövqelərimiz daha da möhkəmlənib.

“Məncə, bu, Azərbaycan xalqı üçün çox vacib məsələdir. Hesab edirəm ki, Azərbaycan Ordusu bu gün həmişəkindən daha güclü döyüş ruhuna və ən müasir hərbi-texniki imkanlara sahibdir. Bütün bu uğurların müəllifi isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir”, - deyə hərbi ekspert Ramil Məmmədli qeyd edib.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed