04.05.2016 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
İranda Azərbaycan türklərinin milli oyanışında böyük xidmətləri olan “Varlıq” jurnalının təsisçisi, mərhum Dr. Professor Cavad Heyətin xatirəsini anmaq məqsədilə Urmiyanın Sənaye Universitetində “Varlıq” adlı kitab sərgisi keçirilir.
Aprelin 30-dan fəaliyyətə başlayan sərgi mayın 4-ə qədər davam edəcək.
“Şəms” İctimai-Mədəni Ocağının təşəbbüsü ilə keçirilən sərgidə, Aərbaycan türkcəsi və fars dillərində 500-dən çox kitab sərgilənib. Sərgidə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı kitablarla yanaşı, həm də tarix, ədəbiyyat, şeir, fəlsəfə, incəsənət, siyasət, Musiqi, Roman və uşaq ədəbiyyatı mövzularında maraqlı kitablar nümayiş etdirərək satışa çıxarılıb. Sərgi azərbaycanlı tələbələrin böyük rəğbəti ilə qarşılanıb.
Xatırladaq ki, 2015-ci ilin iyun ayından etibarən Urmiya Sənaye Universitetində ana dilimiz və doğma mədəniyyətimiz uğrunda fəaliyyətə başlayan “Şəms” İctimai-Mədəni Ocağı, bu günə qədər ana dilimzdə şeir və musiqi axşamları, kitab və məqalə oxumaq iclasları və s. tədbirlər keçirərək azərbaycanlı tələbələrin diqqətini özünə çəkib.

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |