Şrift:
BSU ilə Qazaxıstanın Avrasiya Milli Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
05.05.2016 [10:09] - Gündəm, Mədəniyyət
Bakı Slavyan Universitetində (BSU) “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfrans çərçivəsində mayın 4-də BSU-nun Türkiyə Araşdırmaları Mərkəzində Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) nümayəndələri ilə görüş keçirilib.

BSU-dan bildiriblər ki, təbirdə bu ali məktəbin prorektoru, Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, dosent Aygül Hacıyeva BSU haqqında məlumat verib. Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışan A.Hacıyeva türkiyəşünaslığın BSU-da inkişafından və həmin ixtisas üzrə təhsil alan tələbələrin bu sahəyə marağından, Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə BSU arasında qurulan sıx əməkdaşlıqdan söz açıb.

AMU-nun əməkdaşları Azərbaycanda tolerantlıq ənənələri və multikultural dəyərlərin qorunub saxlanıldığını vurğulayıb, BSU-da keçirilən Beynəlxalq Elmi Konfransın təşkilini yüksək dəyərləndiriblər.

Görüş çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların təşkili və digər məsələlər barədə razılığa gəlinib, gələcəkdə aparılacaq elmi araşdırmalardan danışılıb.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed