Şrift:
Özbəkistanda torpaq sürüşməsi beş nəfərin həyatına son qoyub
05.05.2016 [10:58] - Gündəm, Hadisə
Özbəkistanın Kamçik aşırımında, Daşkənd-Oş magistral yolunun 223-cü kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində iki minik maşını qəzaya uğrayıb, beş nəfər həlak olub, altı nəfər isə xilas edilib.

Bu haqda məlumatı Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Kamçik aşırımı dəniz səviyyəsindən 2268 metr yüksəklikdə yerləşir, Özbəkistanın Əndican, Namanqan və Fərqanə vilayətlərinə gedən magistral yol buradan keçir.

Qış fəslində torpaq sürüşməsi təhlükəsi ilə bağlı bu yol vaxtaşırı bağlanır.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed