Şrift:
Bu il Azərbaycanda 165 mindən çox uşağın 1-ci sinfə gedəcəyi proqnozlaşdırılır
05.05.2016 [11:59] - Xəbərlər, Gənclik, Bildiriş
Ölkədə yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2013-cü ildə I sinif şagirdlərin sayı 138 min olmuşdusa , 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox olub. 2016-cı ildə isə bu rəqəmin 165 mindən çox olacağı proqnozlaşdırılır.

Bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, ümumilikdə növbəti 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq: "Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri edir. Ümumi təhsilin müəyyən mərhələsində şagirdlərin təhsildəki göstəricilərinə görə müxtəlif kateqoreiyalara ayrılmasını tələb edir. Bu baxımdan ilk peşə ixtisas təhsilinin əhəmiyyəti daha da artır. Bir sıra beynəlxalq və yerli təşkilatlarla memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndiriləsi məzunların işlə təminatına dəstəyin verilməsi, kurrikulumların hazırlanması işlərinə başlanıb. Bununla yanaşı, Təhsil Nazirliyi peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çxış edib. Bu günlərdə dövlət başçısı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb".

M.Cabbarov deyib ki, yeni qurum ölkədə ilk peşə-ixtisas təhsili sahəsində yeni idarəetmə modelinin hazırlanmasına peşə hazırlığının səmərəliliyin artırılmasına, rəqabət qabiliyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhvəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed