Şrift:
İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb
20.02.2012 [10:53] - Gündəm
Fevralın 19-da səhər saatlarında İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb. “Vəlfəcr” adlanan təlimlər Mərkəzi Səhra, Yəzd şəhəri və onun ətrafında keçirilir. Hərbi manevrlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) quru qoşunları və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) “İmam Hüseyn” batalyonu iştirak edir. “Sepah”ın quru qoşunlarının komandanı, general-mayor Məhəmməd Pakpur deyib ki, hərbi manevrin məqsədi ordunun müdafiə qabiliyyətini artırmaq, yeni taktik gedişlərin icrası, yeni təchizat və sursatın istifadəsidir: “Manevrin iştirakçısı olan qüvvələrimiz bütün təhdidlərə və ola biləcək hücumlara qarşı hazırlıqlı olduqlarını düşmənə nümayiş etdirəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed