09.05.2016 [09:51] - Gündəm, İdman
7-8 may tarixlərində Banqkokda Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclası keçirilib.
İclas çərçivəsində, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov Azərbaycanın növbəti FIG Şurası iclasının Bakıda keçirilməsi ilə bağlı namizədliyinin irəli sürməsi ilə əlaqədar təqdimatı toplantı iştirakçılarının nəzərinə çatdırdı.
AGF-nin saytı məlumat verir ki, Şuranın qərarına əsasən, növbəti ilin 6-7 may tarixlərində FIG Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar.
İclasda, həmçinin Azərbaycanın 3 gimnastla təmsil olunacağı (Marina Durunda - bədii gimnastika, Oleq Stepko və Petro Paxnyuk - kişi idman gimnastikası) Rio-2016 Olimpiya Oyunlarında gimnastika növləri üzrə yarışların təsnifat mərhələlərində idmançıların hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən edən püşkatma da keçirildi.
Şura FIG-nin idarəetmə strukturunda əhəmiyyətinə görə ikinci orqandır (birinci Konqressdir) və onun iclasları hər ilin may ayında keçirilir.
44 üzvdən ibarət olan Şuranın vəzifələrinə FIG Prezidentinin hesabatlarının nəzərdən keçirilməsi, FIG İcra Komitəsinin fəaliyyətinin təsdiq edilməsi, FIG-nin Texniki Reqlamentinə dəyişiklik edilməsi, illik maliyyə hesabatının, yarışların keçirilməsinə ayrılan büdcənin təsdiq olunması və s. daxildir.
Bakı növbəti 2017-2020-ci illəri əhatə edən Olimpiya dövrünün ilk FIG Şurasının qəbul edəcəyi mühüm qərarların şahidi olacaqdır.

Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |