Şrift:
Əli Həsənov: Bakıda sökülən evlərin "Eurovision" mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur
20.02.2012 [16:25] - Siyasət
Rəsmi Bakı "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı evlərin sökülməsinə dair bəzi xarici KİV-lərdə gedən məlumatları təkzib edir.
"57-ci "Eurovision" mahnı müsabiqəsi çərçivəsində Bakıda heç bir ev sökülməyib, nə hansısa insanların obyekti sökülməyib, nə də bununla bağlı köçürmə həyata keçirilməyib", - bunu bazar ertəsi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Həsənov bildirib ki, Bakı şəhərində həyata keçirilən söküntülər, infrastrukturların yeniləşdirilməsi, yeni yollar, su, qaz layihələrinin əksəriyyəti Bakı şəhərinin baş planına müvafiq şəkildə, qanunlar çərçivəsində, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə və həmin marşrutlara düşən evlərə görə insanlara kompensasiyaların ödənilməsi vasitəsilə həyata keçirilir.
PA rəsmisi bildirib ki, bunun nə "Eurovision"a, nə də "Eurovision"un keçiriləcəyi yerin abadlaşdırılmasına aidiyyəti var.
"Bunu etmək istəyənlər bu aksiyanı siyasiləşdirirlər, Azərbaycana "Eurovision" mahnı müsabiqəsindən istifadə edib təyziq göstərmək istəyirlər, bəzi dairələr özlərinin bu və ya digər ambisiyalarını, o cümlədən Azərbaycan dövlətinə, onun enerji və digər sahələrdə həyata keçirdiyi siyasətə təyziq, təsir vasitəsi kimi istifadə etmək sahəsindəki ambisiyalarını "Eurovision"a bağlamaq istəyirlər. Biz bunu birmənalı şəkildə pisləyirik. Biz Avropa musiqi müsabiqəsini layiqli səviyyədə keçirəcəyik və bunun da Azərbaycanda nə hansısa söküntüyə, nə Bakı şəhərinin abadlaşdırılmasına, nə də digər layihələrə heç bir aidiyyəti yoxdur", - Həsənov əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed