12.05.2016 [12:53] - Gündəm, Hüquq
May ayının 18-dən iyun ayının 18-dək ölkədə "İnsan hüquqları aylığı" keçiriləcək.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkədə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, may ayının 18-dən iyun ayının 18-dək respublikada "İnsan hüquqları aylığı" keçirilir.
Həmçinin qeyd olunur ki, Ombudsman "İnsan hüquqları aylığı" keçirilməsi ilə bağlı dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna müraciət edib.
Qeyd edək ki, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.
Məlumatda bildirilir ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər Ombudsmana təqdim ediləcək.
Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |