12.05.2016 [13:10] - Gündəm, Sağlıq
Respublikada taun xəstəliyinin 3 təhlükəli ocağı qeydə alınıb. Bunlardan birincisi Zaqafqaziya düzənlik-dağətəyi ərazisi, ikincisi Zaqafqaziyada yüksək dağlıq ərazi, üçüncüsü isə Arazyanı ocaqdır.
Bunu Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov bu gün keçirilən mətbuat konfransında deyib.
Xüsusi təhlükəli infeksiyaların sırasında birinci yerdə taunun dayandığını deyən M.Cahanov deyib ki, vaxtilə bu ocaqlarda gəmiricilər arasında epidemioloji hallar aşkar edilir.
Laboratoriya müdiri qeyd edib ki, Zaqafqaziya düzənlik-dağətəyi ocağında yaz və payız aylarında epidemioloji müayinələr aparılır: "Bu ilin aprel ayında Zaqafqaziya düzənlik-dağətəyi ocağının Abşeron yarımadasında epidemioloji müayinələr aparılıb. 80 gəmirici və 500-dən artıq birələr laborator müayinədən keçirilib. Müayinələr nəticəsində taun kökləri aşkar edilməyib".
M.Cahanov deyib ki, Azərbaycanda vəbaya qarşı may-oktyabr aylarında 16 stasionar nöqtədən açıq su mənbələrindən su nümunələri götürülərək müayinə edilir: "Bundan əlavə, bu ilin 4 ayı ərzində kəskin bağırsaq infeksiyası, qida zəhərlənməsi yaşayan 236 xəstədən müayinə edilib. Müayinələr nəticəsində vəba törədicisi aşkar edilməyib".

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |