12.05.2016 [14:22] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ermənistan kimi zəif dövlətə qarşı hazırkı ordunu səfərbər etməyə ehtiyac yoxdur”
Məlum olduğu kimi, 2-5 aprel döyüşlərindən sonra Azərbaycan-Ermənistan təmas xəttindəki toqquşmalar davam edir. Mövcud durum lokal toqquşmaların hər an irimiqyaslı müharibəyə çevrilməsi ehtimalının kifayət qədər real olduğunu göstərir.
Maraqlıdır, ermənilərlə döyüşə 18yaşlı çağırışçıların deyil, orduda müqavilə əsasında xidmət edən sırf peşəkarların cəlb edilməsi, müharibənin əsas yükünün bu şəxslərin üzərinə qoyulması mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev ermənilərlə müharibəyə 40 yaşından yuxarı insanların səfərbər edilməsini daha münasib hesab etdiyini vurğuladı:
“Hesab edirəm ki, 40-55 yaşlı kişilərin səfərbər edilməsi, döyüşlərdə bu insanların iştirakı təmin olunmalıdır. Ordumuz yenə də üzərinə düşən missiyanı yerinə yetirər, azad edilən əraziləri qoruyar. Mən bununla demirəm ki, ordumuz güclü deyil. Əksinə, onlar daha güclü, daha hazırlıqlı, daha mətindirlər. Məsələ ondadır ki, Ermənistan kimi zəif dövlətə qarşı bu ordunu səfərbər etməyə ehtiyac yoxdur. 40-55 yaşlı insanlarımız, döyüş təcrübəsinə malik vətəndaşlarımız da bu işin öhdəsindən gələ bilərlər. Müqavilə əsasında ximət edənlərə gəlincə, bu insanlar onsuz da döyülərdə iştirak edirlər”.
Seymur Əliyev

Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |