13.05.2016 [10:14] - Gündəm, Afişa, Mədəniyyət
Bakı Uşaq Teatrı hər ayın bir gününü Milli geyim günü kimi qeyd etmək qərarına gəlmişdir. “Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırmışlar.
Məqsədimiz mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər.
Layihə çərçivəsində ilk tədbirimiz aprel ayının 18-də Bakı şəhərində baş tutmuşdur. Teatrın kollektivi milli geyimləri geyinərək Şəhidlər Xiyabanından İçərişəhərə qədər yürüş etmişdir. Həmin gün və növbəti gün tədbirimiz televiziyalarda işıqlandırılmışdır.
İkinci tədbirimizi may ayının 16-da Xaçmaz şəhərində keçirməyi planlaşdırırıq. Ilk əvvəl RTV də canlı yayımda iştirakı gözlənilən teatr kollektivi daha sonra müəyyən olunmuş marşrut üzrə hərəkət edəcək. Bu ilin multikulturalizm ili olduğunu nəzərə alaraq, ləzgi xalqlarının nümayəndələrinin də öz milli geyimlərində tədbirdə iştitrakı gözlənilir.
Əlaqə nömrələrimiz (012) 409 04 15, (055) 327 32 35

Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |