21.02.2012 [09:06] - Güney Azərbaycan xəbərləri
Pakistan Azərbaycan ərazilərinin işğalını, habelə erməni hərbi qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqrımı qəti şəkildə pisləyən qətnaməni qəbul etməklə beynəlxalq ictimaiyyəti Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini yerinə yetirməyə vadar etməyə çağırıb. Bu barədə bazar ertəsi Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
"Qətnamə dünya ictimaiyyətinə Ermənistan tərəfini bütün işğal edilmiş ərazilərin dərhal azad edilməsi haqqında BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə məcbur etmək çağırışından ibarətdir. Qətnamənin Xocalı soyqırımında bütün təqsirkarların məsuliyyətə cəlb edilməsinə çağırması da az əhəmiyyətli deyil", - səfir Trend-ə müsahibəsində deyib.
Qeyd edək ki, Pakistan Senatı fevralın 1-də Azərbaycanın Xocalı şəhərindəki hadisələri soyqırım kimi tanıyıb.
Sənəddə qeyd edilir ki, Senat ermənilərin Azərbaycan ərazilərini işğal etməsini və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ilin fevralında Xocalıda törətdiyi soyqırımı pisləyir. Senat bir daha Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və onu beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində tanıyır.
Səfirin sözlərinə görə, Senatın sədr müavininin (Pakistan Senatının yalnız bir müavini var) rəhbərliyi altında keçirilən iclasda həm iqtidaryönlü, həm də müxalifət partiyaları, habelə Senatın komitə sədrləri fəal iştirak ediblər. Mövcud sənəd sessiyanın bütün iştirakçılarının yekdil səsi ilə qəbul edilib.
Diplomatın sözlərinə görə, Pakistanın parlament ənənələri digər ölkələrlə bağlı məsələlərin nəzərdən keçirilməsini təşviq etmir, lakin əgər bu baş verirsə, qanunvericilər bəyanatla kifayətlənir.
"Bizim məsələdə isə qətnamə qəbul edilib ki, bu da Senat tərəfindən qəbul edilən ən yüksək səviyyəli sənəddir", - o vurğulayıb.
Azərbaycan səfirinin sözlərinə görə, parlament sessiyasının onlar üçün yüklənmiş məqamda - seçkilər ərəfəsində keçirilməsi Pakistan xalqının Azərbaycan xalqına qarşı xüsusi münasibətindən xəbər verir.
"Beynəlxalq işlər komitəsinin sədri Səlim Seyfulla Xanın qeyd etdiyi kimi, qəbul edilən sənəd digər ölkələr üçün təqlid nümunəsi olmalıdır", - diplomat bildirib.
"Pakistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir və rəsmi İslamabad indiyə qədər Ermənistanı Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olaraq, dövlət kimi tanımayıb", - Şikarov deyib.
Onun sözlərinə görə, Pakistan xalqı Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında yaxşı məlumatlandırılıb. Bu mövzü üzrə səfirlik tərəfindən ali təhsil müəssisələrində təşkil edilən sistematik seminarlar və konfranslar, qabaqcıl nəşrlərdə məqalələr, televiziya verilişləri mövcud mövzunu geniş Pakistan ictimaiyyətinin diqqət mərkəzində saxlayır.

Bu xəbər oxucular tərəfindən 1519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |