Şrift:
Almaniyanın yeni prezidenti martın 18-də seçiləcək
21.02.2012 [09:36] - Güney Azərbaycan xəbərləri
Almaniyanın yeni prezidentini seçmək üçün səsvermə martın 18-də keçiriləcək. Bu tarixi bundestaqın sədri Norbert Lammert təyin edib. Prosedura xüsusi olaraq dövlət başçısını seçmək üçün çağırılan Federal məclisdə keçiriləcək.
Almaniyada prezident kreslosu fevralın 17-də Kristian Vulf istefa verdikdən sonra boş qalıb. Keçiriləcək seçkilərdə hakim koalisiya və müxalifətin vahid namizədi
72 yaşlı keçmiş ADR-li hüquq müdafiəçisi və teoloq Yoahim Hauk olacaq.
Federal məclisin 1240 üzvü var. Onların yarısı bundestaqın üzvləri, yarısı isə 16 federal əyalətin nümayəndələridir.
Bu xəbər oxucular tərəfindən 7461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed