14.05.2016 [16:31] - Gündəm, İdman
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatının ikinci günü başlayıb.
Bu gün gimnastlar yeniyetmələr yaş kateqoriyasında (2001-2003-cü il təvəllüdlü) dörd hərəkətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Ümumilikdə çempionatda 21 idmançı çıxış edəcək. Onlar həm böyüklərin (2000-ci il və daha böyüklər), həm də yeniyetmələrin (2001-2003-cü il təvəllüdlü) proqramlarında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport", "Spartak", "Sərhədçi" klubları, həmçinin Gəncə və Kürdəmiri təmsil edirlər.
Cari turnir ölkə çempionatının reqlamentinə daxil edilən yaş kateqoriyalarında iştirakçıların sayının çoxluğu ilə fərqlənir ki, bu da gimnastikanın bu növünün inkişaf səviyyəsini və artan yüksək marağı göstərir.

Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |