Şrift:
Çimərliklərin təmizliyinə bələdiyyələr nəzarət etməlidir
14.05.2016 [16:33] - Gündəm, Sosial
Çimərlik sularının keyfiyyətinə bələdiyyələr nəzarət etməlidir. Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazirin sözlərinə görə, suların keyfiyyətinə, sahilin təmizliyinə həmin ərazinin sahibi qayğı göstərməlidir: "Ondan istifadə edən kimdir? Təbii ki, bələdiyyə. Qazandığı xeyri də təbii ki, öz bələdiyyəsinin inkişafına yönəltməlidir. Belə olan halda o çalışmalıdır ki, bu verdiyi xidmətin keyfiyyəti yüksək olsun. İnsanlar bundan razı qalsın. Heç olmasa, bir cəza tədbiri olmalıdır ki, mənfi tendensiyaların qarşısı alınsın. İkinci tərəfdən, bununla iş bitməməlidir. Bəzən buna cərimə də kömək etmir".

H.Bağırov əlavə edib ki, ümumiyyətlə, ətraf mühitinin çirklənməsi ilə cərimələr tətbiq edilir: "Son 10 ildə tədbiq olunan cərimələrin həcmi 40 dəfə artıb. Cərimələrin hesabına toplanan fonddan milli monitorinq xidməti üçün avadanlıq da ala bilirik. Cərimələr insanları etdikləri hərəkətlərdən çəkindirir. Deməzdim ki, bu sahədə azalma var, ancaq bu sahədə atılan addımların effektiv nəticəsi göz qabağındadır".
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed