Şrift:
Beynəlxalq Diaspor Mərkəzinin MÜRACİƏTİ
17.05.2016 [00:32] - Gündəm, Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Sankt-Peterburqda yaşayan soydaşlarımıza və Sankt-Peterburq ictimaiyyətinə
MÜRACİƏTİ


Məlum olduğu kimi bu il may ayının 22-də Rusiya Federasiyası Dumasına seçkilər keçiriləcək. Bu seçkilərdə həmyerlilərimiz də öz namizədliyini irəli sürərək, seçim kompaniyasına qoşulmuşlar. Namizədlər içərisində xalqımızı ləyaqətlə təmsil edən şəxslərdən biri də Qəhrəmanov İdris İsrafil oğludur. O, uzun illərdir Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və əmək fəaliyyəti ilə məşğuldur. Azərbaycan diasporunun fəal simalarından olan Sankt-Peterburqdakı Naxçıvan Cəmiyyətinin təsisçisi və sədri İdris Qəhrəmanov Rusiya Dumasında təmsil olunmaq haqqını öz əməli işləri ilə qazanmışdır. Onun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında, Azərbaycan diasporunun formalaşmasında Sankt-Peterburq şəhəri və regionlarında çoxsaylı xeyirxah fəaliyyətləri ilə bağlı həm rus ictimaiyyəti, həm də soydaşlarımız geniş məlumata malikdirlər. Beynəlxalq Diaspor Mərkəzi (BDM) Dumaya seçkilərin Rusiyada yaşayan soydaşlarımız baxımından əhəmiyyətli hesab edir. Məhz bu baxımdan Sankt-Peterburqda yaşayan soydaşlarımızıvə ümumilikdə Sankt-Peterburq ictimaiyyətinin seçicilərini İdris Qəhrəmanovu dəstəkləməyə və ona səs verməyə çağırırıq. BDM olaraq İdris Qəhrəmanovla yanaşı seçkilərdə namizədliyini irəli sürmüş digər soydaşlarımızı da dəstəkləyərək, onların hər birinə uğurlar arzulayırıq. Hesab edirik Rusiya Dumasında İdris Qəhrəmanov kimi azərbaycanlıların təmsil olunması Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə səbəb olar.


Bakı şəhəri, 16 may 2016-cı il

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed