Şrift:
Gənclər qan donorluğuna cəlb olunacaq
21.02.2012 [12:47] - Gənclik
Qan xəstəlikləri səbəbindən uşaq ölümünə qarşı mübarizə aparan “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və gənclərin intellektual, mədəni, vətənpərvər sahədə inkişafı üçün çalışan “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

DAVAM.AZ-ın verdiyi xəbərə görə, memorandumun məqsədi yaxın gələcəkdə gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və qan xeyriyyəçiliyi mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır.

Mərasim zamanı çıxış edən “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədriFuad Əsgərov gənclərin xeyriyyə işlərinə cəlb olunması sahəsində bir çox layihələr keçirmək niyyətində olduqlarını vurğulayıb.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, ictimai birlik yarandığı ilk gündən qarşıya qoyduğu ən başlıca vəzifələrindən biri də ehtiyacı olan uşaq və gənclərə diqqət o cümlədən qayğı göstərməkdir.

“Əməkdaşlıq memarandumunun imzalanmasında əsas hədəf donorluq ilə bağlı informasiyanın mahiyyətini gənclərə çatdırmaqdan ibarətdir”.

Rəsmi mərasimdə ölkədə fəaliyyət göstərən bir çox ictimai birliklərin rəhbərləri və üzvləri iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed