Şrift:
Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi
18.05.2016 [00:32] - Gündəm, Bildiriş
Millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir: "Bu 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək".

Z.Əsgərov bildirib ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.

Milli Məclisin bu məsələ ilə bağlı iclasının mayın 20-də keçiriləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed