18.05.2016 [12:12] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu və digər faktları ortaya gətirməklə stansiyanın dərhal bağlanılmasına nail olmaq lazımdır”
Azər Həsrət: “İranla bağlı olduğu kimi, Ermənistanla əlaqədar da anoloji təcrübənin tətbiq edilməsi vacibdir”
Ermənistanın "Metsamor” atom elektrik stansiyasının nüvə tullantılarını işğal altındakı Azərbaycan torpaqlarında basdırmasına dair məlumatlar səslənir. Ermənistanın nüvə tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında basdırması, "Metsamor” AES-in radiasiya tullantılarını Araz çayı vasitəsilə Xəzər dənizinə axıtması bölgədə ciddi ekoloji fəlakət yaradır.
Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, ermənilərin sözügedən cinayətinin qarşısını almaq üçün bütün beynəlxalq instansiyalar qarşısında obyektin dərhal bağlanması üçün məsələ qaldırılmalıdır: "Ermənistandakı nüvə reaktoru məsələsilə bağlı olaraq real təsisatlar tərəfindən onun ləğv olunması istiqamətində artıq mqzakirələr aparılıb. Məndə olan məlumata görə, onun ləğv olunmasına müəyyən vəsait də ayrılıb. Ona görə də burada həmin stansiyanın ləğv olunması ilə bağlı beynəlxalq ictimaiyyəyə məlumat verməyə o qədər də ehtiyac yoxdur. Çünki onlar da vəziyyəti bilir. Amma hər halda ermənilər nüvə tullantılarını işğal etdikləri Azərbaycan ərazisində basdırdıqları üçün bu cinayətə görə onlar cavab verməlidirlər. Bununla bağlı bütün instansiyalara rəsmi şəkildə müraciətlər olunmalıdır.
Üstəlik, gələcəkdə həmin reaktorun qalması bölgə üçün çox böyük təhlükə mənbəyidir, ciddi fəsadlar verə bilər. Humanitar və ekoloji fəlakətə səbəb ola bilər. Yəni, təkcə Azərbaycan üçün yox, qonşu İran və Türkiyə üçün də təhlükəlidir. Məsafədən baxanda həmin stansiya İran və Türkiyə ərazisinə daha yaxındır. Ona görə bu iki dövlət problemin üzərinə daha çox getməlidir.
Ermənistan terrorçu bir dövlətdir. Onlar qanunverici orqanda belə bir-birinə güllə atırlar. Belələrindən kimsə birinin həmin reaktoru zədələməsi də istisna deyil. Bu mənada həmin nüvə obyektinin bundan sonra da fəaliyyət göstərməsinə qarantiya vermək mümkünsüzdür. Belədə bu və digər faktları ortaya gətirməklə stansiyanın dərhal bağlanılmasına nail olmaq lazımdır. Çünki onun fəaliyyət göstərməkdə davam etməsi bütün bölgə üçün təhlükədir”.
Siyasi şərhçi Azər Həsrət prosesin nəzarətdə saxlanılması üçün əraziyə faktaraşdırıcı missiyanın göndərilməsini vacib bildi: "Ermənistan nüvə tullantılarını işğal olunmuş Azərbaycan ərazisində basdırdığına görə, bu ölkə ictimai qınaqla üz-üzə qalmalıdır. Bundan başqa, beynəlxalq mexanizmləri də hərəkətə keçirməliyik. Çünki nüvə tullantılarının ləğv edilməsilə bağlı beynəlxalq normalara əsaslanan müvafiq konvensiya var. Ermənistan da bu normalara riayət etməyə borcludur. Amma bunu etmədiyinə görə, Azərbaycan tərəfi beynəlxalq tribunadan istifadə etməklə Ermənistanın cəzalandırılmasını tələb edə bilər və dəfələrlə tələb də etmişik.
Ölkəmiz Ermənistanın atom elektrik stansiyasının fəaliyyətinə yasaq qoyulmasına qədər məsələnin üzərinə getməlidir. Ermənistan kimi kiçik bir ölkə ərazisində atom elektrik stansiyasının olması, bu cür qurğuların fəaliyyət göstərməsi, qəza baş verəcəyi halda özləri bir yana, bütün qonşu dövlətləri belə təhdid edir. Həmin stansiya təhlükə yaratdığı halda Azərbaycan, Türkiyə və İran dövlətlərini pis vəziyyətdə qoya bilər. "Metsamor” atom elektrik stansiyasının fəaliyyət müddəti bitib. Amma ona baxmayaraq fəaliyyətini davam etdirməsi daha təhlükəlidir. O baxımdan Azərbaycan həmin stansiyanın ləğv edilməsini müvafiq beynəlxalq qurumlardan ciddi cəhdlə tələb etməlidir. Həmçinin, əraziyə ayrıca faktaraşdırıcı missiya da göndərilməlidir.
İran uranın zənginləşdirilməsinə çalışanda bütün dünya onun üzərinə düşərək bu ölkəni həmin addımdan yayındırdı. İndi bu məsələ ilə bağlı İran nəzarət altındadır. Qonşu ölkədə belə bir təcrübə var ikən, Ermənistanla bağlı da anoloji təcrübənin tətbiq edilməsi vacibdir. Amma indilikdə Ermənistanla bağlı beynəlxalq ictimaiyyət hələlik həyəcan təbili çalmadığından ikili standartlar yenə də ölkəmizə qarşı çevrilib. Bu baxımdan da ora faktaraşdırıcı missiyanın göndərilməsi, məsələnin nəzarət altında saxlanılması lazımdır”.
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |