19.05.2016 [11:01] - Gündəm, İslam dini
Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, lakin bəzi regionlarda radikal qruplar özünü büruzə verir: "Bunun da qarşısını almaq üçün həm hüquqi, həm də ideoloji baxımdan tədbirlər görülür, təbliğat işi gücləndirilir. Həm də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər".
Komitə sədri vurğulayıb ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: "Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır".

Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |