Şrift:
Milli Məclisin komitə sədri: “Qərbin Azərbaycanın İranla münasibətlərinə təsir imkanı çox azdır”
21.02.2012 [18:16] - Siyasət
“Azərbaycan İranla tarixi qonşu olan və bunu yüksək qiymətləndirən dövlətdir. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı münasibətlər beynəlxalq hüququn əsas prinsiplərinə söykənir”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
R. Aslanova deyib ki, bu baxımdan Azərbaycanla İran arasında münasibətlərin gələcək inkişaf perspektivləri uğurlu görünür: “Qərbin İranla bağlı olan istənilən mövqeyi onların öz mövqeyi sayılır. Azərbaycanın İranla münasibətlərinə Qərbin təsir etmək imkanları çox azdır. Azərbaycan müstəqil siyasət həyata keçirir, bunu hansısa dövlətin istəyi ilə etmir. Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə dostluq və qonşuluq siyasəti yürüdür. Qərbin Azərbaycana hər hansı təsiri yoxdur. Olsa belə, Azərbaycan öz mövqeyində israrlı olacaq və İrana qarşı siyasətində beynəlxalq hüquq prinsipləri üzrə çıxış edəcək”.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed