20.05.2016 [14:14] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
20 may 2016.
Bu gün amnistiya sənədinin parlament müzakirəsinə çıxarılması təkcə Azərbaycan daxilində barışa söykənən sabitlik,humanism baxımından deyil həm də diplomatik siyasətimizdə ciddi dəstəkdir. Mehriban xanımın təqdim etdiyi bu layihə Azərbaycanın beynalxalq arenada mövqelərini xeyli möhkəmlədən və imicinə müsbət təsir edən sənəddir.Bu günlərdəki danışıqlar ərəfəsində ATƏT-in Minsk Qrupu üzvlərinin bəzi çağırışları,Ermənistan rəhbərliyinin danışıqlar öncəsi Azərbaycanı gələcəkdə erməni əsilli azərbaycanlılara münasibətdə hüquqlarına hörmətlə yanaşmağa çağırışı oldu.Ermənistan monoetnik ölkə kimi heç bir digər etnosa hörmət etmədiyini göstərməklə yanaşı öz ölkəsinin parlamentində deputatları gülləboran edib,sonra belə çağırışlar etməsi elbəttə absurddur.Amma Azərbaycan tolerant ölkə olaraq mədəniyyətlərin çulğalaşdığı bir ölkə kimi amnistiya aktı ilə yenə də humanizmin sərgilədi . Yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları üçün çağırışlar olub. Azərbaycan Prezidenti danışıqların növbəti raundunda cəbhə bölgəsində aprel hadisələrində nümayiş olunan ordumuzun gücü və xalqın ,hətta xaricdə yaşayan soydaşlarımızın yekdil dəstəyi ilə daha da güclü şəkildə Azərbaycanın mövqelərin ortaya qoyacaq.
Azərbaycan və Ermənistan prezidentlərinin bu ərəfədə apardığı danışıqlarda Parlament də öz mövqeyini bir daha nümayiş etdirməlidir və 3 məsələyə münasibət bildirməlidir ki,bunlardan biri məhz amnistiya məsələsi ola bilər. Bu munasibət danışıqlar masasında və ümumiyyətlə diplomatik meydanda imkanlarımızı artiracaqdır.Bu gün amnistiya sənədinin parlament müzakirəsinə çıxarılması ölkəmizin humanism prinsiplərini prioritet götürdüyünü bir daha nümayiş etdirir. Azərbaycan həmişə bəyan edib ki,bütün vətəndaşlarına olduğu kimi erməni əsilli azərbaycanlılara da qaygı göstərməyə ,sahib çıxmağa hazırdır. Qarabağdakı erməni əsilli azərbaycanlılar Ermənistan Azərbaycanın bu bölgəsini işğal etdikdən sonra girov vəziyyətindədirlər və işğalçıların diqtə etdiklərini icra etmək məcburiyyətindədirlər,bir qismi isə oradakı vəziyyətdən dolayı Azərbaycanı-Qarabağı tərk edib. Son vaxtlar Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılar xoşbət və sakit həyatı yalniz öz ölkələrində--Azərbaycanın tərkibində olmasını mətbuatda, muəyyən kütləvi toplantılarda ifadə edirlər . Bu baxımdan Parlament Qarabağda yaşayan erməni əsilli azərbaycanlılara amnistiya tətbiqi ilə bağlı çağırıç edə bilər. Əlbəttə Xocalı soyqırımı kimi hadisələrdə iştirak edən,ağır cinayətlər törədənlərdən söhbət getmir.Bu insanlar Azərbaycan hakimiyyət orqanlarına kütləvi imza ilə müracət etsinlər,kənara gedən və ya təşkilata malik olanlar təçkilatları vasitəsilə müracət etsinlər.Qorxmasınlar. Azərbaycan həmişə bəyan etdiyi kimi humanist addımını atmağa ,amnistiya elan etməyə hazırdır .Belə bir mövqe parlament tərəfindən sərgilənməlidir.
İkinci məsələ danışıqlar zamanı əvvəlcə tənzimlənmənin əsas prinsiplərinin imzalanması məsələsidir. Ermənistanla Azərbaycan arasında müharibənin sona çatması üzrə danışıqlarda tərəflərin müzakirə etdiyi işçi sənədlər tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verildiyindən,2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürə biləcəyini düşünülür.
Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar.
Tənzimləmə sənədində iki prinsipin öz əksini tapması Azərbaycan parlamenti tərəfindən hər hansı formada təklif olunmalıdır:
1. Tənzimlənmənin əsas prinsiplərindən biri kimi Dağlıq Qarabağ və ətraf rayonlardan işğalçı qoşunların çıxarma müddəti –dinc vasitələrlə sülhə çatmanın son müddəti göstərilməlidir,danışıqlar uzadılmamalıdır.
2. Bu sənəddə əsas müddəa Bakı və Yerevanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir.Bu muddəaya Azərbaycan tərəfindən o vaxt razılıq verilə bilər ki,Ermənistan güc tətbiqi ilə nail oldugu indiki ədalətsiz status –kvodan imtina etsin və işğalçı ordusunu Ermənistan-Azərbaycan sərhədlərinə çəksin.
Düşünürəm ki,bizim bu iki mövqeni və yuxarıda dediyim kimi amnistiya məsələsini Parlament adından bəyan etməyimiz indiki ərəfədə xüsusilə vacibdir.
Bir daha hörmətli Mehriban xanıma təqdim etdiyi amkinistiya haqqında qanun layihəsi ilə bağlı öz təşəkkürümü bildirirəm.
Diqqətiniz üçün təşəkkür edirəm.
MDHP Mətbuat Xidmeti.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |