21.05.2016 [11:26] - Gündəm, DAVAMın yazıları
Ulduzların gecələr yandırarlar, yaxarlar,
Şimşəklərin çaxnaşıb göy içindən çaxarlar,
Buludların gözlərin uşaq kimi sıxarlar,
Sellərin şaqqa-şaraq dağdan, düzdən axarlar,
Coşqun selinə qurban,
Vətən, elinə qurban.
Çəmənlərdə göy otlar al yaşıla bürünər,
Ala-bəzək ilanlar köl dibində sürünər,
Uzaqlarda al günəş asimandan görünər,
Adam bu gözəlliyi tərk etməkdən ərinər,
O gen çölünə qurban,
Vətən, elinə qurban.
Dağım, düzüm, çəmənim, sanki atlas geyinər,
Təbiətin ürəyi bu torpaqla döyünər,
Qafqazın məğrur başı tarixinlə öyünər,
O ulu keçmişinə qəvi düşmən deyinər,
O ağ telinə qurban,
Vətən, elinə qurban.
Sən ki, doqquz iqlimin məkanısan həmişə,
Üzməsin ürəyini nə kədər, nə əndişə,
Varın, sərvətin bol-bol düşübdü dilə, dişə,
Dünyanın tacı, taxtı, İlahi sevən guşə,
Könül telinə qurban,
Vətən elinə qurban.
Anam beşik başında mənə layla çalardı,
Ürəyimin içinə elə bil od salardı,
Buludlanmış könlümü bayatıyla alardı,
Hopub qanıma misra idrakımda qalardı,
Şirin dilinə qurban,
Vətən, elinə qurban.
Ulu Tanrım de səni hansı anda xəlq etdi,
Könlümüzün içində ya ki, canda xəlq etdi,
Odu, suyu tükənməz bu ünvanda xəlq etdi...
Küləklərin üzünü şeh yuvanda xəlq etdi.
Əsən yelinə qurban,
Vətən, elinə qurban.
Məni əsir edibdi o məcnun məhəbbətin,
Xoş məqamına düşdün yəqin ki, o Xilqətin,
Bu həyatın yolları nə qədər olsa çətin,
Əyilmə, qalx ayağa ol döyüşkən, ol mətin,
Dünyanı silkələsin sənin o qətiyyətin!
Qalib ilinə qurban.
Vətən, elinə qurban.
İlahi xəmirimi torpağından yoğurdu,
Ruhumu oda büküb bətinindən doğurdu,
Bu Tanrının hikməti, yolum üstə uğurdu,
Röyamda gördüm əlin düşmənimi boğurdu...
Sınmaz əlinə qurban,
Vətən, elinə qurban.
Yel qovar dumanları dağlara axışarlar,
Əlçim-əlçim buludlar bir yerə yığışarlar,
Çiçəklərin otların dibindən qalxışarlar,
Bir-birinin üzünə sevdayla baxışarlar,
Əsmər gülünə qurban,
Vətən, elinə qurban.
Ovçu dağda, meşədə ov gəzər, ov ovlayar,
Gah kəkliyi, turacı, gah fərəni qovlayar,
Tumarlayıb itini bir doyunca tovlayar,
Od vurub çır-çıpıya ocağı alovlayar,
Qalmış külünə qurban.
Vətən, elinə qurban.
Qış gəldi çeşmələrin gözü donar, buzlayar,
Şaxta qılınctək kəsər, göylərin ulduzlayar,
Təbiət yeri, göyü ağappaqca duzlayar,
Dalar sükuta könül elə hey yalqızlayar...
O ağ tülünə qurban.
Vətən, elinə qurban.
Şadiman məzar qazar qəminə, məlalına,
Yanar candan, sinədən ürək didən halına,
Zaman-zaman göz dikib azğın düşmən malına,
Sözüm bitib-tükənməz ilahi cəmalına,
Bükmə belinə qurban,
Vətən, elinə qurban,
Vətən, elinə qurban.
04.03.2001
Şirin Xanım Kərimbəyli Şadiman

Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |