24.05.2016 [12:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Dağlıq Qarabağ ətrafında gedən proseslərlə bağlı keçmiş döyüşçü olan siyasilərimizin mövqeyini öyrənmək ictimaiyyət üçün də maraqlıdır. Xüsusilə də bu gün parlamentdə təmsil olunanların mövqeyi. Ən azı ona görə ki, döyüşçü deputatların rəsmi Bakının Qarabağ siyasətinə təsir imkanları sadə vətəndaşlardan daha çoxdur.
Bəs, görəsən, onlar son zamanlar beynəlxalq ictimaiyyətin tərəflərə təklif etdikləri prinsiplərə necə baxırlar?
Bizi maraqlandıran bu suallara Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq. MDHP sədrinin Starteq.az-a müsahibəsini təqdim edirik:
-Fərəc bəy, məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü baş tutdu. Siz bu görüşdən nə gözləyirdiniz və bu gözləntiniz özünü doğrultdumu?
-Vyana görüşünün digər görüşlərindən yeganə fərq bu idi ki, biz danışıqlar masasında bu dəfə güclü tərəf kimi oturmuşduq. 4 günlük aprel savaşında əldə olunan uğurlar vəziyyəti bizim xeyrimizə dəyişmişdi. Bu savaş zamanı həm xalqımızın mütəşəkkilliyi nümayiş olunmuş, həm də əsgərlərimizin döyüş əzmi ortaya qoyulmuşdu. Hər iki amil müharibədə və onun bir nəticəsi olaraq diplomatik danışıqlarda uğur qazanmaq üçün ciddi faktordur. Ermənilərdə isə tamamilə bunun əksi nümayiş olunurdu- əsgərlər qaçmasınlar deyə, cəbhə xəttinin arxasında postlar qurulmuş, əhali Qarabağı boşaldırdılar və həmin proses indi də davam edir. Ümumiyyətlə, bu qısamüddətli savaşda ermənilər çox ciddi uğursuzluğa düçar oldular. Ən ciddi uğursuzluqları isə xəyal qırıqlığına uğramaları idi. O ana qədər ermənilərdə belə bir təsəvvür vardı ki, diplomatik sahədə ciddi uğurları var, 4 günlük savaşda bunun da boş bir xülya olduğu ortaya çıxdı. Çox güvəndikləri ağaları belə, umduqları qədər arxalarında dayanmadı. Belə bir şəraitdə Azərbaycanın masa ətrafında oturması böyük avantaj idi. Ən azı ona görə ki, beynəlxalq vasitəçilər Azərbaycana əvvəlki kimi nəyisə diktə edə bilməyəcəklərdi. Vyana görüşündə daha ciddi məsələləri gündəmə gətirmək imkanlarımız yaranmışdı. Doğrusu, görüş barəsində təfsilatlı məlumata malik deyiləm, bəlkə də daha ciddi məsələlər gündəmə gətirilib…
-Danışıqların nəticələri və təfsilatı açıqlanmadı, zatən. Sadəcə bir-iki məsələ mətbuata sızdırıldı…
-Doğrudur. Hər halda ora kimisə dinləməyə getməmişdik. Yəqin ki, Vyana görüşündə diktə edən tərəf biz olmuşuq. Bu, Ermənistan tərəfinin mövqeyindən də anlaşılır. Onların atəşkəsin bərpasına səy göstərmələri qorxusundan xəbər verir. Sarkisyanın Lavrovla çiyin-çiyinə oturması hər iki tərəfin indiki status-kvonun qorunub saxlanılmasını arzuladıqlarını ifadə edirdi. Mən belə güman edirəm ki, Azərbaycan tərəfi görüş iştirakçılarına ilk növbədə atəşkəsin müddətsiz uzadılmasının mümkün olmadığı mesajını verdi. Yəni dedi ki, biz beynəlxalq təsisatların xahişiylə qələbənin bir addımlığında atəşi dayandırdıqsa, deməli, problemi sülh yoluyla həll etməkdə maraqlıyıq. Tərəflərə təmas xəttində müşahidə kameralarının qurulmasının təklif olunması göstərir ki, beynəlxalq vasitəçilər də konfliktin qızışa biləcəyindən narahatdırlar. Fikrimcə, nəzərdə tutulan kameralar yalnız Ermənistan-Azərbaycan sərhədlərində qurula bilər. Bu isə ermənilərin işğal etdikləri ərazilərdən çıxmasından sonra mümkündür…
-Məsələ burasındadır ki, həmin kameraların sərhədlərdə deyil, təmas xəttində qurulması nəzərdə tutulur…
-Qətiyyən təmas xəttində hər hansı kamera qurulmasına imkan verilə bilməz. Çünki Azərbaycanın sərhədləri BMT tərəfindən qəbul olunub və bu sərhədlər suverenlik haqlarımızın çərçivəsidir. İraq Küveyti işğal edərkən, hansı aqibətlə qarşılaşdısa, bizim də erməni işğalçılarına o taleyi yaşatmağımız lazımdır. Hesab edirəm ki, Vyana görüşündə Azərbaycan tərəfi beynəlxalq vasitəçilərə problemi ədalətli və sülh yoluyla həll etmələri üçün zaman verdi. Vyana görüşünün bunlardan başqa hər hansı konkret nəticəsinin olduğunu düşünmürəm.
–ATƏT-in bütün həmsədrlərinin ermənilərə daha təəssübkeşliklə yanaşdıqlarını bəllidir. Yəni hesab edirsiniz ki, Azərbaycanın ortaya qoyduğu hərbi və siyasi iradə həmsədrlərin bu baxışını dəyişdirə bilərmi?
-Ümumiyyətlə, bütün dövlətlərin hadisələrə baxışı öz mənafelərinə uyğun olur və asanlıqla dəyişilməsi mümkün deyil. Baxmayaraq ki, beynəlxalq hüquq, ədalət bizim tərəfimizdədir, biz Qarabağda haqlı mübarizə aparır, öz dədə-baba torpaqlarımızı işğaldan azad etmək istəyirik, güclü hərbi iradə ortaya qoymadan beynəlxalq qüvvələrinin baxışlarını dəyişdirdirə bilmərik. Ya gərək dünyadakı situasiyalar bizim xeyrimizə dəyişilə, ya da gərək tərəflərə öz mövqeyimizi təlqin edəcək qədər güclü olaq. Minsk qrupu həmsədrlərinin eyni mövqedən çıxış etməsi onu göstərir ki, onlar məsələni həllində maraqlı deyillər, onu qəsdən uzadırlar. Çünki bütün tərəflər regionu öz nüfuz dairələrinə salmaq savaşı aparırlar. Bu nüfuz dairəsi savaşında Rusiya istəyir ki, Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlaya bilsin. Çünki, o, Şərqi Avropada mövqelərini itirib. Ukrayna kimi qardaş dövlətlə faktiki düşmən olub. Oraya hərbi müdaxilə etməsi isə mümkün deyil və yaxın 4-5 ilə Ukrayna Avropanın ən nəhəng dövlətlərindən birinə çevriləcək. Bu düşmənçilik davam edərsə, Rusiyanın Şərqi Avropada hər hansı fikir ortaya qoyması mümkün olmayacaq. Onun Türkiyəylə münasibətləri də ortadadır. Rusiya rəsmiləri etiraf edirlər ki, dünyada heç bir dostları qalmayıb. Rusiya indi Avrasiyanın boğazı olan Azərbaycanı sıxmaqla onun yeni dünya düzəninə transfer olmasının, NATO-nun Qaradəniz və Xəzər hövzəsinə yayılmasının qarşısını almaq istəyir. Buna görə də Moskva Cənubi Qafqazda konfliktlərin hər hansı formada həllində maraqlı deyil. Hətta tərəflərin özləri üçün ən pis variantı qəbul etməyi, bir-birinə güzəştə getməyi belə Rusiyaya sərf eləmir. Çünki bilir ki, bu konfliktlər hər hansı formada bitərsə, region dövlətləri artıq oryentasiyaları barədə düşünəcəklər. Rusiyanın isə bu dövlətlərə təzyiq imkanları olmayacaq. Ona lazımdır ki, status-kvo bu şəkildə davam etsin. Eynilə ABŞ üçün də status-kvonun davam etməsi sərfəlidir. Vaşinqton düşünür ki, Rusiyanın başını nə qədər çox problemlə qatsa, onu bir o qədər çox zəiflədə bilər. Onu bir tərəfdən Suriyada konfliktə cəlb etməklə həm Yaxın Şərqdə mövqelərini zəiflədir, həm Türkiyə ilə aralarına konfliktlər salır, digər tərəfdən Şərqi Avropadan tam sıxışdırıb çıxarır. Cənubi Qafqazda konfliktlərin davam etməsi bu regionun xalqlarının da Rusiya ilə münasibətlərinin korlanmasına şərait yaradır. Faktiki olaraq, rəsmi Moskva apardığı regional siyasətlə öz ətrafındakı bütün qüvvələri düşmənə çevirir və bu da Cənubi Qafqazın ABŞ-a, Qərbə meyllənməsinə yol açır. Artıq Rusiya politoloqlarının özləri də etiraf edirlər ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmasa, rəsmi Bakı açıq şəkildə NATO-ya üzv tutmalı olacaq. Üstəlik, Pakistanın və Türkiyənin Qarabağ məsələsində ortaya qoyduğu mövqe Rusiyaya qarşı yeni bloklaşma siyasətinə yol açır. Bu da ABŞ-ın maraqlarına uyğundur. Baxmayaraq ki, Azərbaycan qoşulmama hərəkatında yer alır, ətrafımızda baş verən hadisələr istər-istəməz bizi yeni ittifaqlara getməyə vadar edir. Bu da ABŞ-a sərfəli olduğundan, o, gözləmə mövqeyində dayanır. Tərəflərin mövqeyi yalnız qlobal situasiyalara bağlı olaraq dəyişilə bilər. Tək Azərbaycana görə bu mövqelər dəyişilməz. Özü də indiki durumda… Yaxın dövrə qədər Qərbin Azərbaycanın təbii sərvətinə ciddi ehtiyacları vardı. İrana qarşı embarqonun ləğvindən sonra bu asılılıq da aradan qalxdı. Düzdür, quru, hava və dəmir yollarından istifadə baxımında hələ də müəyyən asılılıqlar davam edir, ancaq Azərbaycanın Avropa siyasətlərində əvvəlki qədər iştirakı mümkün deyil. Bütün bunlar onu deməyə əsas verir ki, vasitəçi dövlətlər indi daha çox öz mövqelərindən çıxış edəcək, bizim maraqlarımızı nəzərə almamağa çalışacaqlar. Azərbaycanın bu danışıqlarda əhəmiyyət verilən tərəfə çevrilməsi üçün daha çox güclənməsi lazımdır.
-Qərbin enerji təhlükəsizliyi ilə bağlı maraqlı bir məqama toxundunuz. Rusiyanın Ukraynaya qarşı aqressiyasından sonra Avropanın rus qazından asılılığını tamamilə sıfıra endirmək məsələsi gündəmə gəldi. Cənub Qaz Dəhlizi deyilən bir layihə ortaya atıldı. Azərbaycanın da bu layihədə iştirakı arzulanır. Hətta ölkə başçısının son ABŞ səfərində müzakirə olunan əsas məsələlərdən birinin bu olduğu anlaşılır. Maraqlıdır ki, ABŞ-ın ikinci adamı Co Bayden Azərbaycan prezidentiylə görüşdən dərhal sonra ermənilərin təmas xəttlərinə hücumları başladı. Bir çox politoloqlar bu iki hadisə arasında determinist əlaqələr qururlar. Bildirirlər ki, Rusiya Azərbaycanın Cənub Qaz Dəhlizində iştirakının qarşısını almaq üçün erməni kartından istifadə etməyə səy göstərir. Bir növ, Azərbaycan ABŞ layihəsində iştirakına görə təzyiqlə üzləşir. Amma ABŞ-dan yetərli dəstək də ala bilmir. Bunu necə qiymətləndirirsiniz?
-Xatırlayırsınsa, bəhs etdiyiniz zaman ermənilər hətta belə bir bəyanat da verdilər ki, biz enerji xətlərini vura bilərik. Halbuki, buna nə imkanları, nə də cəsarətləri çatar. Deməli, bunu onlara dedizdirdilər. Dedizdirən isə, təbii ki, Rusiya idi. Başqa cür də ola bilməz. Tarixə nəzərə salsaq, həmişə Azərbaycan strateji bir dəyişikliyə getmək istəyəndə müharibə zonasında bu tipli fəallaşmaların olduğunu və bəyanatların verildiyini görürük. Hər dəfə də neft və qaz kəmərlərinin təhdidi gündəmə gəlib. Xüsusilə Amerika və Qərb təsisatlarının Azərbaycanla yaxınlaşma meylləri ortaya çıxanda hansısa formada Bakıya təzyiqlər edilib. Razılaşıram ki, 4 günlük müharibə də bu yayındırma siyasətinin tərkib hissəsidir. Bunu, təbii ki, ABŞ-da da başa düşürlər. Lakin ABŞ Azərbaycana bölgənin bir elementi kimi baxır. Cənubi Qafqaz və Yaxın Şərq siyasətinin tərkib hissəsi kimi bizim Rusiya ilə münasibətlərimizin kəskinləşməsini arzulayır. Bir növ Rusiyanın Baltik dənizindən tutmuş Xəzərə qədər sərhədlərində cəbhə xəttinin yaradılmasına çalışır. Rusiyaya qarşı cəbhənin böyütmək və onun enerji siyasətinə zərbə vurmaq üçün İrana belə güzəştə gedildi. Baxmayaraq ki, bu güzəşt, mənim zənnimcə, müvəqqəti xarakter daşıyır, amma bu addım Rusiyanı müttəfiqsizləşdirmək üçün atılmışdı. Bu qədər qlobal problemlər arasında ABŞ-ın ona yaxınlaşan Azərbaycanı tam istədiyimiz kimi müdafiə etməsini gözləməyimiz yersiz olardı. Ümumiyyətlə, ABŞ-ın xarici siyasətində iki amilin ön plana çıxdığını müşahidə edə bilərik. Birinci amil budur ki, öz qitəsində heç bir zaman müharibə aparmır. İkinci amil isə budur ki, o, rəqiqbləriylə yalnız bufer zonalarda hesablaşır və öz müttəfiqlərinin yanında heç zaman savaşmır. Sadəcə, onu silah yardımı və siyasi bəyanatlarla dəstəkləyir.
-Azərbaycana təklif olunan sülh sazişlərində-istər Madrid, istərsə də Kazan prinsiplərində status məsələsi ön plana çıxır. Hər iki prinsiplərin irəli sürdüyü formul eynidir – 5+2+status. Necə fikirləşirsiniz, məsələnin bu şəkildə qoyulması, ətraf rayonların işğaldan azad edilməsi müqavilində Dağlıq Qarabağın, faktiki olaraq, ermənilərə verilməsi demək deyil?
-Bilirsiniz ki, Ermənistan Dağlıq Qarabağı almaq iddiası ilə bu savaşa başlayıb. Ətraf rayonları ələ keçirmək isə ona danışıqlarda əlavə “kozır” qazanmaq üçün lazım idi. Özləri də etiraf edirlər ki, bizə ətraf rayonlar heç lazım da deyil. Bunu son zamanlar hətta Serj Sarkisyan açıq şəkildə ifadə etdi. Bildirdi ki, təhlükəsizlik təmin olunarsa, biz ətraf rayonları Azərbaycana qaytara bilərik. Məsələnin bu şəkildə ortaya qoyulması kasıbın papağını oğurlayıb özünə qaytarmağa oxşayır. Kazan və Madrid prinsipləri əslində bir-birinin kopyasıdır. Kazan prinsiplərinə sadəcə olaraq bir element əlavə olunub. Bu da tənzimləmə məsələsiylə bağlıdır. Tənzimləmə deyiləndə nə nəzərdə tutulur? Bura sülh sazişi bağlanana qədər atəşkəsə əməl olunması, sülhməramlıların ətraf rayonlara yerləşdirilməsi, Dağlıq Qarabağa veriləcək statusun ilkin formasının müəyyənləşdirilməsi və Rusiyanın problemin həllində dominantlığı daxildir. Kazan prinsipləri bu tənzimləmə prosesinin mərhələli şəkildə aparılmasını tələb edir. Yəni atəşkəsdən statusa qədər proses müəyyən mərhələlərlə həyata keçiriləcək, nəticədə əvvəlcə Ermənistanın iddia etmədiyi rayonlar geri qaytarılacaq və ora sülhməramlıların nəzarətində olacaq, sonra isə Qarabağın statusuna baxılacaq. Amma rayonların mərhələləli qaytarılması əslində yenə də status-kvonun uzadılması deməkdir. Yenə də Qarabağ məsələsinin qeyri-müəyyənliyə salmaqdır. Bu da azmış kimi, bir də onlar şərt də qoyurlar. 5 rayon qaytarılır, 2 rayonun məsələsi sonraya saxlanılır, üstəlik, Laçının sadəcə 23 kəndi Azərbaycana verilir, bu rayonun əksər hissəsi isə koridor adı altında ermənilərdə qalır. Halbuki, əvvəl daha səmərəli təkliflər var idi. Məsələn, “Qobl planı”nı buna misal göstərmək olar. 1990-cı illərdə Azərbaycana təklif olunan bu plana görə, Laçının əvəzinə Mehri rayonu bizə verilirdi. Azərbaycan milli maraqlarımıza cavab vermədiyi üçün bu plandan imtina etmişdi. İndi ondan daha səmərəsiz təkliflər danışıqlar masasına çıxarılır. Hesab edirəm ki, bu məsələyə çox aydın şəkildə mövqe bildirməliyik. Bu cür qeyri-müəyyənliklə prosesi uzatmaq olmaz. Mən hələ məhbəsdə olanda bir təkliflə çıxış etmişdim ki, hakimiyyət, müxalifət və Qarabağ problemiylə məşğul olan ictimai qurumlar bir araya gəlməli, bu məsələylə bağlı milli maraqlarımızı əks etdirən memorandum imzalamalıdırlar. Həmin memorandum sabah Azərbaycan diplomatları danışıqlar masasında oturanda onlara edilən təzyiqlərə qarşı qalxan rolunu oynamalıdır. Yəni təzyiqlə üzləşəcəkləri zaman diplomatlarımız tərəf-müqabillərinə deyə bilməlidirlər ki, bu cür məsələlərin həlli təkcə onlardan asılı deyil. Həmin sənəddə iki məsələ açıq şəkildə göstərilməlidir: ərazi bütövlüyü və Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqları.
Əslində Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə ifadə edib. Deyib ki, biz tolerant ölkəyik. Ölkəmizdə yaşayan bütün xalqlar kimi, erməni əsilli vətəndaşlar da eyni hüquqa malikdirlər. Status məsələsi də bu çərçivədə olmalıdır. Amma dərd burasındadır ki, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ məsələsini həll etməkdə maraqlı olmadıqları üçün Azərbaycanın bu xeyirxah təşəbbüsünü görmək istəmirlər. Onlara bu müharibə həm də silah bazarı üçün lazımdır. Xatırlayırsınızsa, Rusiyanın baş naziri Medvedyev Azərbaycan səfərindən ölkəsinə qayıtdıqdan sonra televiziyalara belə bir açıqlama vermişdi ki, müharibədənsə, konfliktin dondurulması daha məqbuldur. Ardından isə bildirmişdi: heç kim bizi tərəflərə silah satmaqda qınamasın. Bura bir silah bazarıdır. Biz satmasaq, başqaları satacaq. Bir sözlə, başda Rusiya olmaqla bütün vasitəçilər münaqişəni dondurmaqla həm status-kvonu saxlayırlar, həm tərəflərə silah satıb pul qazanırlar.
-Bayaq bir söz dediniz. Həbsxanada olarkən iqtidarlı müxalifətli bütün siyasiləri bir araya gətirmək və Qarabağla bağlı memorandum imzalamaqdan bəhs etdiniz. Niyə o təşəbbüsü bu gün də davam etdirmirsiniz? Bu həm də iki qütb arasında dialoqa verilmiş bir töhvə olardı.
(Ardı var)
Söhbətləşdi: Heydər Oğuz
Strateq.az

Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |