Şrift:
Elman Rüstəmov: Mərkəzi Bank manatın məzənnəsinin nizamlanmasına müdaxilə etmir
25.05.2016 [00:49] - Gündəm, İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir.

Bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB üzən məzənnənin tətbiqi siyasətinə sadiq qalır: "Gördüyünüz kimi, bu gün Azərbaycan manatı möhkəmlənməkdə davam edir. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinə təsir göstərmir. Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır".
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed