Şrift:
BMT-nin işçi qrupu Azərbaycanın cəzaçəkmə müəssisələrində monitorinq keçirib
26.05.2016 [00:38] - Gündəm, Hüquq
Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına həbslər üzrə işçi qrupu Azərbaycana səfərinin nəticələri üzrə mətbuat konfransı keçirib.

Qrup azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəyə ilk dəfə rəsmi səfər edib.

Tədbirdə çıxış edən işçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi bildirib ki, 10 gün davam edən səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər 25 saxlanma yeri və cəzaçəkmə müəssisəsinə baş çəkiblər, həbsdə saxlanılan şəxslərlə söhbət aparıblar. Habelə BMT rəsmiləri Bakı, Gəncə və Naxçıvan şəhərlərində vətəndaş cəmiyyətinin nümayəndələri və digər maraqlı tərəflərlə görüş keçiriblər.

O, işçi qrupunun Azərbaycana səfərə dəvət olunması təşəbbüsünü alqışlayıb: "Belə bir təqdirəlayiq yolda hökuməti və Azərbaycan xalqını müşayiət etmək şərəfli və sədaqətli bir vəzifədir və biz missiya zamanı başladılan dialoqu davam etdirəcəyik".

İşçi qrupu Azərbaycana səfərinin nəticələrinə dair yekun hesabatını sentyabrda BMT İnsan Hüquqları Şurasına təqdim edəcək.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed