Şrift:
Güney azərbaycan Xəbərləri
22.02.2012 [12:38] - Gündəm
MEŞKİN ŞƏHƏRİNDƏ MİLLİ FƏAL , FƏRHAD SƏRVNAZ HƏBS EDİLIB
Güney azərbaycan Xəbərləri




21 Fevral 2012-ci il günorta çağı, Meşkin şəhərinin İttilaat məmurları Meşkin şəhərində olan milli fəal Fərhad Sərvnazı tutuqlamışlar.
Böyük ehtimalla bu tutuqlama Dünya Ana dili Günü bağlı olacaq. Güney Azərbaycanın şəhərlərində hər il kimi , bu ildə Ana dili günü ilə bağlı xüsusi aktuallıq müşahidə olunur.
Fərhad Sərvnaz adlı milli fəal, 2006 May qiyamında da Meşkin şəhərində tutuqlanıb, ruhi və cismi işkəncəyə məruz qaldıqdan sonra elə həmən şəhərin zindanına verilmişdi.
Fərhad Sərvinazın sağlıq durumu ilə bağlı problemlər olduğundan ailəsi nigaranlıqdadırlar.

Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı fəallara ağır həbs cəzası verildi
Güney azərbaycan Xəbərləri




Azərbaycan Milli Hərəkətından vahiməyə düşən İran rejimi azərbaycanlı fəallara qarşı öz təzyiqlərini davam etdirir.Dünya Ana Dili Gününə bir gün qalmış Təbrizin inqilab məhkəməsi bu şəhərin bir qrup azərbaycanlı fəalını toplam 22 aydan çox həbsə məhkum edib.Məhkəmə hökmünə əsasən, Mehdi Həmidi Şəfiq, Musa Bərzin və Tağı Sələhşur 27 ay 1 gün, Mustafa Əvəzpur, Həsən Ərk, Əziz Purvəli və Vəhid Şeyxbəyli 1 il həbs və 1 il asılı (təliqi) həbs, Mahmud Fəzli, Cəmişid Zarei, Elman Nuri və Əhməd Riyazi 2 il həbsə məhkum ediliblər.Murtaza Əvəzpur isə ittihamlardan bəraət qazanıb.

Güney Azərbaycanlıların «Ana Dili Günü» kampaniyası
Güney azərbaycan Xəbərləri





Güney Azərbaycanında milli hüquqlar uğrunda hərəkatın fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə geniş kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində Təbriz, Əhər, Mərənd, Ərdəbil, Urmiya və Sulduz şəhərlərində təbrik ismarışları paylanıb.

Sellofana bükülmüş şirniyyatla birgə paylanan ismarışlarda «21 fevral UNESCO tərəfindən Dünya Ana Dili Günü kimi elan edilib. Bütün azərbaycanlılara, özəlliklə də həmşəhərlilərimizə mübarək olsun!» sözləri, eləcə də Şəhriyarın türk dili haqqında şerindən misralar əksini tapıb.

Məktəblilərə üzərində «Ana diliniz qutlu olsun - Türk dilində mədrəsə olmalıdır hər kəsə» yazılmış qələmlər paylanıb. Divarlara Azərbaycan dilində təhsil tələbilə şüarlar yapışdırılıb, kütləvi SMS-lər göndərilib.

İran Azərbaycanındakı mənbələr bu kampaniyanın gizli aparıldığını bildirir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) verdiyi məlumata görə, böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilib.

Paytaxt Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilib ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər.

Ötən illərdə Ana Dili Günü münasibətilə azərbaycanca təhsil tələbilə keçirilən aksiyalardan sonra İranın bir neçə şəhərində kütləvi repressiyalar aparılmış, çoxu tələbə olmaqla, milli mədəni hüquqlar uğrunda hərəkatın fəalları bir neçə aylıq həbs cəzası almışdılar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.


Güneydə Dünya Ana Dili Günü münasibəti ilə CD-lər yayılıb
Güney azərbaycan Xəbərləri




Bu gün Dünya Ana Dili Günüdür. Bu gün Dili yasaqlanmış millətlər üçün xüsusi əhəmiyyət daşıyır. Güney Azərbaycanın müxtəlif şəhərlərində bu əlamətdar günün münasibəti ilə tədbirlər keçirilir və xüsusi aktivlik müşahidə olunur.Məlumata görə, bir qrup müstəqil fəal 21 fevral-Dünya Ana Dili Günü münasibəti ilə Türk dilinin təlimi və Ana Dilinin əhəmiyyiti mövzularında CD-lər yayıblar. Sözü gedən CD-ləri aşağıdakı LİNKlərdən eldə edə bilərsiniz:
http://www.4shared.com/video/jYrZOOi5/2isfenf.html
http://www.4shared.com/video/9af4Ovij/alifba1.html
http://www.4shared.com/video/1A2qd6_p/dil.html


21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜ: TƏBRİZLİ FƏALLAR TUTULUB
Güney azərbaycan Xəbərləri





Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəallar Salar Turi və Vəhid Həbib Çeşmə tutulub. Fəalların tutulması 21 fevral Beynəlxalq Ana Dili Gününə təsadüf edir.
ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları Salar Turi və Vəhid Həbib Çeşməni fevralın 21-də səhər evlərində tutub bilinməz istiqamətə aparıblar. Hər iki fəalın evində axtarış aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb.
Təbrizli fəalların konkret nədə günahlandırıldığı bilinməsə də, onların həbsinin 21 fevral Beynəlxalq Ana Dili Günündə Təbrizdə toplantılar keçirmək çağırışları ilə bağlı olduğu təxmin edilir.

Güney Azərbaycanlı Öyrənci fəal Mehdi Əjdəri tutuqlanıb
Güney azərbaycan Xəbərləri





Güney Azərbaycanlı öyrənci fəal Mehdi Əjdəri Germi şəhərin də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb. Dünən fevralın 19-u tutuqlanan öyrənci fəal naməlum istiqamətə aparılıb.Qeyd edək ki, Germi şəhərinin “Peyame nur” universitetinin Ərdəbilli öyrəncisi Mehdi Əjdəri bundan öncə də dəfələrlə yaxalanıb və həbs edilib. O, həmçinin milli zəmindəki fəaliyyətlərinə görə iki semestr (term) təhsildən məhrum edilib.

Yunis Ağayan Aclıq Aksiyasına başlayıb
Güney azərbaycan Xəbərləri





Urmu şəhərinin zindanında məhbus həyatı yaşayan Əhli-Haqq məzhəbinə mənsub Güney Azərbaycanlı milli fəal Yunis Ağayandan yeni xəbər var. Edama məhkum edilmiş Yunis Ağayanın həyat yoldaşı bildirib ki, o, Urmu zindanında 20 gün öncə aclıq aksiyasına (etisab-i ğəza) başlayıb. Buna səbəb, məhbusun zindanın yeni bölümünə (bənd) köçürülməsi olub. Ağayanın həyat yoldaşı əlavə edib ki, məhbusun səhhətində ciddi problemlər olduğu üçün, ondan aclıq aksiyasını dayandırmağı tələb etmək lazımdır. Lakin, məsullar məhbusla görüşə icazə vermədikləri üçün bu mümkün olmur.Qeyd edək ki, Qoşaçaylı (Miyandoab) Yunis Ağayan edama məhkum edilib. O, bir neçə il öncə kütləvi davada daha bir neçə nəfərlə birlikdə tutuqlanıb və hazırda Urmu zindanında saxlanılır.

İranda edama məhkum olunmuş Səkinə Məhəmmədinin vəkili 6 il azadlıqdan məhrum edilib
Güney azərbaycan Xəbərləri





İranda zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin vəkili Hutən Kiyan 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi ona 1 il, Təbriz şəhər Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 40-cı şöbəsi hər iki qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Hutən Kiyan 2010-cu il oktyabrın 10-da Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasının 209-cu bölməsində köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. Hazırda Hutən Kiyan Təbriz mərkəzi həbsxanasının narkomanlar bölməsində saxlanılır və ailəsi ilə əlaqə saxlamasına qadağa qoyulub. Hətta ona digər məhbuslarla da ünsiyyətdə olmaq yasaqlanıb. Hutən Kiyanın vəkil tutmasına da icazə verilməyib.

İRANDA İSLAHATÇI JURNALİSTƏ 5 İL HƏBS VERİLİB
Güney azərbaycan Xəbərləri





İranda islahatçı jurnalist Məhsa Əmrabadi 5 il həbsə məhkum edilib. Həbsin dörd ili şərtidir.
Tehran məhkəməsi Məhsa Əmrabadini dövlət quruluşuna qarşı təbliğatda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, siyasi məhbus ailələrinin təşkil etdiyi “Quran” oxunuşu məclislərinə qatılmaqda və bəzi müxalif ruhanilərdən müsahibə almaqda təqsirli bilib.
Məhsa Əmrabadi 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etiraz aksiyalarından sonra tutulub iki ay yarım zindanda saxlanmış, 200 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
2010-cu ilin oktyabr ayında Tehran məhkəməsi jurnalisti dövlət quruluşuna qarşı təbliğatda və siyasi məhbusların durumu ilə bağlı xarici mediaya müsahibədə günahlandıraraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.Məhsa Əmrabadi ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğatda günahlandırılaraq 6 il həbsə və 36 min dollar pul cəriməsinə məhkum edilərək iki ildən artıqdır zindanda yatan tanınmış jurnalist Məsud Bastaninin həyat yoldaşıdır.


AVROPA BİRLİYİ RƏSMİLƏRİ İRANDAN NEFT İDXALI İLƏ BAĞLI YENİ AÇIQLAMALAR VERİB
Güney azərbaycan Xəbərləri






Avropa Birliyi fevralın 20-də rəsmi bəyanat yayaraq İrandan neft idxalını tədricən azaltdığını bildirib., Avropa Birliyinin enerji məsələləri üzrə mətbuat katibi Marlin Holzner fevralın 20-də jurnalistlərə deyib ki, iyuldan İrandan neft idxalının dayandırılacağına baxmayaraq quruma üzv ölkələr kifayət qədər ehtiyata malikdir və ciddi problem yaşamayacaqlar: “Avropa Birliyinin bir sıra ölkələri, o cümlədən Böyük Britaniya, Avstriya və Portuqaliya da İrandan neft idxalını azaldıblar. Fransanın neft şirkətinin icraçı direktoru isə İrandan neft idxalını tamamilə dayandırdıqlarını bildirib”.
Fransanın xarici işlər naziri Alen Jüpe isə jurnalistlərə açıqlamasında İranın Avropa Birliyinə üzv bəzi ölkələrə neft satışını dayandırması haqdakı iddiasını “gülünc” adlandırıb: “İranın bu iddiası çox gülüncdür. Çünki İrandan neft sifarişlərinə son qoymaq qərarını biz qəbul etmişik”.
İranın Neft Nazirliyi fevralın 19-da bəyanat yayaraq Fransa və Böyük Britaniyanın neft şirkətlərinə neft satışını dayandırdığını bildirmişdi.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü növbəti dəfə təxirə salınıb
Güney azərbaycan Xəbərləri





Görüş fevral ayının ortalarında Naxçıvanda keçirilməli olsa da, baş tutmayıb. Görüşün nə vaxt keçiriləcəyi məlum deyil.
Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü yanvarın 17-də Naxçıvanda keçirilməli idi. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimində iştirakı səbəbilə görüş fevral ayına təxirə salınmışdı. Bu formatda ilk görüş ötən ilin aprelində İranın Urmiya şəhərində keçirilib.

RƏSMİ BAKI İRANIN NOTASINA YAZILI CAVAB VERİB
Güney azərbaycan Xəbərləri





Azərbaycan İranın notasına yazılı cavab verib. Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev deyib ki, İrana təqdim olunan notada Azərbaycanın əsaslandırılmış, arqumentləşdirilmiş mövqeyi əks olunub: “İranın notasına şifahi reaksiya verərkən dediklərimiz notada da əksini tapıb. Orada qeyd etmişik ki, İranın Azərbaycana təqdim etdiyi notada yazılanlar əsassız, yalan və absurddur”.
Fevralın 12-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz notası təqdim edilib. Rəsmi Tehran Azərbaycan dövlətini İranın nüvə alimlərini qətlə yetirənlərə sığınacaq verməkdə günahlandırıb.
Tehranın notasında iddia olunub ki, İsrail xüsusi xidmət qurumu “Mossad” Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Notada Azərbaycan hökumətindən “Mossad”ın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlarda istifadə etməsinə son qoyulması tələb edilib. Notada iddia edilib ki, İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.

İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib
Güney azərbaycan Xəbərləri






İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib.
Bu barədə MEHR agentliyi ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Rza Təqipura istinadən xəbər verir.
Təqipurun sözlərinə görə, heç bir xarici kompüter təhlükəsizliyi proqramları ölkəyə gətirilməyəcək, bundan sonra İran öz proqram təminatlarına malik olacaq.
O qeyd edib ki, ölkədə təxminən 25 kiçik firma fəaliyyət göstərir ki, onlar müxtəlif səviyyələrdə daxili təhlükəsizliyin təminatı proqramları istehsal edirlər. Həmin proqramların keyfiyyəti tədricən yaxşılaşır.

İRANDAN ERMƏNİSTANA KÖÇ BAŞLAYIB
Güney azərbaycan Xəbərləri






Türkiyənin ermənilərə məxsus “Agos” saytı İranda mümkün müharibə məlumatlarının Ermənistanın əmlak bazarındakı qiymətlərə ciddi təsir göstərdiyini yazıb. Saytın məlumatına görə, mümkün müharibə nəticəsində Ermənistan Respublikasına 200 mindən 400 min nəfərə yaxın iranlının sığınacağı təxmin edilir.
Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Gevorq Poqosyan “Agos”a açıqlamasında İrandan Ermənistana axın başladığını deyib: “İrandakı sərmayə sahibləri və ziyalılar ölkədəki həssas duruma qarşı tədbir görməyə başlayırlar. Bu iki zümrədən Ermənistana köçənlər var”.
Ermənistan Əmlak Bazarı Evinin rəhbəri Artyom Pribilski ölkədəki daşınmaz əmlak bazarında iranlıların fəallığının onqat artdığını bəyan edib: “İranda vəziyyət gərginləşsə, Ermənistanda daşınmaz əmlak qiymətləri kəskin yüksələcək”.
Bu xəbər oxucular tərəfindən 1660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed