27.05.2016 [03:40] - Gündəm, İdman
Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası mayın 26-da Bad Erlax şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirib.
Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşmanı baş hakim Harald Lexnerin rəhbərliyi ilə avstriyalı hakimlər briqadası idarə edib.
Oyunun ilk hissəsi Azərbaycan millisinin üstünlüyü ilə keçib. Futbolçularımız rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub. İkinci hissədə isə hər iki komanda təşəbbüslərin sayını azaldıb və oyunda hesabı aça bilməyib.
Azərbaycan millisi Avstriyadakı təlim-məşq toplantısı çərçivəsində keçirdiyi ilk yoldaşlıq görüşünü heç-heçəlik nəticə ilə başa vurub.
Xatırladaq ki, mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada milli komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |