27.05.2016 [14:09] - Gündəm, Gənclik
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına birgünlük tur təşkil olunub.
Assosiasiyadan bildirilib ki, turda ölkəmizdə fəaliyyət göstərən klinika və tibb mərkəzlərinin həkimlərindən ibarət 23 nəfərlik heyət iştirak edib. Tur iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə, Duzdağ müalicəvi istirahət mərkəzinə və Batabat gölünə baş çəkib, bu məkanların turizm potensialı ilə yanaşı, təklif edilən xidmətlərlə tanış olub, habelə Naxçıvan mətbəxinin təamlarından dadıblar.
Assosiasiya tərəfindən belə bir tur Naxçıvana ilk dəfə təşkil olunub və muxtar respublikada müasir standartlara cavab verən turizm infrastrukturu ilə tanışlıq xarakteri daşıyıb. Müvafiq turların mütəmadi təşkil ediləcəyi və müxtəlif sahələrdə çalışan insanları əhatə edəcəyi nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |