28.05.2016 [02:53] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bu gün “İrəvanın qəsb olunması (məcburi güzəştə gedilməsi) 100 illiyi və tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib. Konfransdan İrəvan xanlığının tarixini əks etdirən fotosərgi keçirilib. Konfransı giriş sözü ilə aşan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev tarixi torpaqlarımıza qayıtmaq üçün Beynəlxalq qurumlar qarşısınd məsələ qaldırmaq üçün Qərbi Azərbaycanda baş vermiş hadisələrə hüquqi qiymətin verilməsi məqsədilə BDM tərəfindən silsilə tədbirlər həyata keçirildiyini bildirib. O, konfransın əsas məqsədinin İrəvanın və indiki Ermənistan ərazisi olan digər ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu faktlarla, təbliğat materialları ilə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq olduğunu bildirib. Daha sonra tarixçi, tədqiqatçı, fəlsəfə doktoru Əziz Ələkbərli məruzə ilə çıxış edib. O, məruzəsində İrəvan Quberniyasının verilməsinə dair tarixi arayışla iştirakçılara məlumat verib. Konfransda akademik Vəli Əliyev, professor Rəşid Mahmudov, rejissor Şeyx Əbdül Mahmudbəyov, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, tədqiqatçı İradə Rizazadə, şairlər Əhməd Vedili, Bilman Qüdrət, Heydər Əliyev adına Milli İdeologiya Mərkəzinin icraçı direktoru Səbuhi Əliyev, hüquqşünas Ələmdar Nəbiyev, Beynəlxalq İnsan Haqları Bürosunun eksperti Elşən Bayramov və başqaları öz çıxışlarında qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının və tarixi ədalətsizliyin bərpası üçün bütün Azərbaycan xalqını mübarizəyə səslədilər. Tədbirdə BDM tərəfindən hazırlanmış “Qərbi Azərbaycan, unudulması mümkün olmayan tarix” adlı sənədli film nümayiş olunub. Həmçinin Qərbi Azərbaycanla bağlı təkliflər paketi və müraciət qəbul edilib. Sonda konfransda Qərbi Azərbaycan Azadlıq Hərəkatının yaradılması qərara alınıb. İlk olaraq 11 nəfərdən ibarət olan təşəbbüs qrupunun tərkibi və hərəkatın fəaliyyət istiqamətləri yaxın günlərdə elan olunacaq.
BDM mətbuat xidməti
BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |