Şrift:
Şəhriyar Məmmədyarov Çin təmsilçisi ilə heç-heçə oynadı
30.05.2016 [10:33] - Gündəm, İdman
"ShamkirChess 2016" superturinin 4-cü turunun son oyunu Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Çin təmsilçisi Hou Yifan arasında sona çatıb.

56-cı gedişədək davam edən görüş heç-heçə nəticələndi. Hər iki rəqib gərgin keçən oyun barədə fikirləri ilə bölüşdülər.

Şəhriyar Məmmədyarov: "Oyunu debütda bərabərləşdirdim. Sonrakı hissədə üstünlüyümü artırmaq istədim, lakin buna nail ola bilmədim. Bu gün qələbə qazanmağa israrlı idim, amma oyunun sonunda cüzi problemlərlə rastlaşdım. Dəqiq oyunla bərabərliyi saxlaya bildim. Ümumiyyətlə, mənim həmişə qadınlarla oyunum çətin alınır, amma bu dəfə problem yaşamadım, məyus olmadım və xal bölgüsü ilə ayrıldıq".

Hou Yifan: "Şəhriyar Məmmədyarov çox qüvvətli bir şahmatçıdır. Bu gün də mənim məqsədim möhkəm oynayıb, uduzamamaq idi. Məqsədimə nail oldum. Ona görə riskli gedişləri seçmirdim, vəzir sonluğunda xırda üstünlüyüm var idi, amma rəqib dəqiq oyunla heç-heçə edə bildi. Çox şadam ki, dünya şahmatının güclü simalarının biri sayılan Şəhriyar Məmmədyarov ilə sülh bağladım".
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed