Şrift:
AZƏRBAYCANA DOST OLAN LIBERMANİN İSRAILIN MÜDAFIƏ NAZIRI TƏYIN OLUNMASİ DÜŞMƏNI QORXUYA SALİB
31.05.2016 [10:47] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İsrail XİN-in sabiq rəhbəri və "İsrail bizim evimizdir” mühafizəkar partiyasının lideri Aviqdor Libermanın ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsi Azərbaycanda məmnunluqla qarşılanıb. Çünki Azərbaycana daim dost mövqeyi ilə seçilən A.Liberman bir müddət öncə ölkəmizdə olarkən "burada özümü vətənimdəki kimi hiss edirəm” deyib.

Ekspertlərə görə, onun təyinatı İsrail-Azərbaycan münasibətlərində yeni səhifə açacaq. Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev deyib ki, Azərbaycan-İsrail münasibətləri həmişə yaxşı olub: "Azərbaycanda tolerant ölkə kimi bütün etnoslara, eyni zamanda burada yaşamış və indi yaşayan yəhudilərə qarşı gözəl münasibət bəslənilib. Yəhudilər dünyanın harasında yaşasalar, bunu həmişə etiraf edirlər. İsrail dövlətində, yəhudilərdə Azərbaycana qarşı çox böyük sevgi var və biz bunun dəfələrlə şahidi olmuşuq. Strateji məsələlərdə də İsraillə Azərbaycan arasında tərəfdaşlıq yüksəkdir. Dostumuz Libermanın müdafiə naziri postuna təyin olunması əlaqələrimizi daha da gücləndirəcək”.
Deputatın fikrincə, Libermanın bu təyinatından sonra İsraillə Azərbaycan arasında yüksək səviyyədə olan mövcud hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək:
"Dövlətlərin biri-birinə münasibəti institutlaşmış məsələdir. Bu vəzifədə hər hansı başqa fərd olsaydı belə, münasibət dəyişməyəcəkdi. Ancaq zaman elə gətirib ki, yəhudilərlə bəzi dostlarımız və düşmənlərimiz eyni olub. Üstəlik, xalqlarımızın biri-birinə tarixi bağlılığı və sayğısı var. Bu əməkdaşlıq kimin nə etməsindən, hansısa etirazlarından asılı olmayaraq davam edəcək. Amma daha yaxın bir dostumuzun birbaşa vəzifə başında olması hərbi sahədə əməkdaşlığı daha da sürətləndirəcək. Məlum aprel döyüşlərindən sonra ermənilər Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq etdiyinə görə İsraili ciddi tənqid etdilər. Bəzən isə bu ölkəyə qarşı açıqcasına düşmən münasibət sərgilədilər. Təbii ki, erməni tərəfi çalışacaq ki, bizim dostlarımız az, düşmənlərimiz çox olsun. Amma bizim düşmənin istəklərinə alternativ davranışlarımız var. Hesab edirəm ki, son 20-25 ildə Azərbaycanın dostlarının sayını artırıb düşmənlərini azaltması kifayət qədər böyük uğurdur”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed