31.05.2016 [10:49] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın 20-ci əsrdə müstəqilliyini qazanmasını, daha sonra ona varis olması, əslində, bir tale məsələsidir. Təbii ki, müstəqillik hər bir millətin şərəf pasportudur. Ona görə də hər kəsi 28 May - Respublika Günü münasibətilə təbrik edirəm!
Bunu Milli.Az-a Milli Məclisin üzvü Fərəc Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, 1918-ci ilin mayında millət özünü təsdiq etdi: "Xalqımız özünü təkcə dünyaya təsdiq etmədi, həm də özündə də əminlik yarandı ki, o, hər şeyə qadirdir. Məhz bundan qaynaqlanaraq Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyini qazana bildi. Çünki artıq bunun üçün bir örnək var idi. Azərbaycan o illərdə özünü Şərqdə ilk demokratik dövlət olaraq tanıtdı, ölkədə çox ciddi islahatlar aparıldı.
Əlbəttə ki, hər bir millətin bütünləşməsi onun dövlətləşməsinə bağlıdır. Ona görə də hesab edirəm ki, 1918-ci ildə baş verənlər çox ciddi hadisə idi. İndi də bizim həmin varisi olduğumuz dövlətin bayrağını, himnini, prinsiplərini qoruyub saxlamağımız, strateji olaraq torpaqlarımızın bütünlüyü uğrunda mübarizə aparmağımız məhz ona bağlıdır.
Çox sevindirici haldır ki, bu gün ölkədə müxtəlif partiyalar olmasına baxmayaraq, bu məsələdə heç bir fikir ayrılığı yoxdur. Hər kəs özünü o prinsiplərin varisi kimi aparmaqda haqlıdır və belə də aparır. O başqa məsələdir ki, hər kəs o hədəflərə doğru müxtəlif yolla gedir. Amma ümumi prinsiplərdə hamı bir yerdədir".
İlkin İzzət
Milli.Az

Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |