31.05.2016 [15:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli kolleqalar və hökumət üzvləri, Azərbaycan Respublikasının Hesablama Palatasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layiyəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı və təkliflər olduqca mükəmməldir.Buna görə hesablama Palatsına təşəkkür edirəm.Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layiyəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsində dəfələrlə toxunduğum məsələyə bir daha qayıtmaq istəyirəm.
Qlobal kataklizmlər nəticəsində bir çox valyuta ucuzlaşdı və proses davam edir.Ucuzlaşan valyutalardan biri də rus rubludur . Əvvəllər də büdcə müzakirələrində mən bu məsələyə toxunmuşdum. Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Son illər rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxarıb. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməlidir.
Ölkələr arasında gedən valyuta müharibəsində də Rus rublunun vəziyyəti göz önündədir.
Rusiya üzrə ÜDM-nin reaL ARTIM tempi -3,8% dir.Ona görə VTB-də saxlanan $500 milyonluq səhmlərini və rus rublu ilə saxlanan valyuta ehtiyatını ya oradan götürmək,ya da qızıl –valyuta ehtiyatı şəkilində saxlamaq üçün tədbir görmək lazımdır.Onsuz da indiyə qədər verilən təkliflərə rəğmən gözləmə mövqeyi nəticəsində VTB –dəki səhmlərin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi baş verib.Prosesin belə davam etməsinin qarşısı alınmalıdır.Həm də nəzərə almaq lazımdır ki, bir çox dövlətlər,xusisilə mərkəzi banklar qızıl-valyuta ehtiyatlarının strukturunda qızılın payını artırmaqda davam edir.Təsadüfi deyil ki ,bu artım 0,7 % təşkil etmişdir.
Digər məsələ fiskal siyasətlə bağlıdır.Neftin qiymətinin dünya bazarında aşağı düşməsi səbəbindən təbii resursla zəngin dövlətlərin bir çoxu artan dövlət borclanmasının qarşısının alınması və büdcə kəsirinin həcminin azaldılması məqsədilə fiskal sahədə islahatlar apardi.Məs. Özbəkistanda 2016-2019-cu illlərdə investisiyaların həcminin 41 mlrd. ABŞ dolları nisbətində artırılması,Türkmənistanda qarşıdakı il üzrə təbii qazın qiymətinin dövlət büdcəsində aşağı nisbəttə götürülməsini göstərmək olar .Biz də büdcədə təbii resursdan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin pessimist ssenari üzrə müəyyən edilməsini iqtisadi artımın stimullaşdırılması məqsədilə kompleks tədbirlərin keçirilməsini təmin etməliyik.Kecən il bu yanaşma yeni olsa da bu il prioritet olması vacibdir.
Azərbaycan Respublikasında ÜDM daha çox investisiyaya köklənmiş inkişafı xarakterizə edir. Bu siyasət nəticəsində 2015-ci ildə investisiyanın ÜMD-də payı 28,6% olmuşdur.Amma bu nəticə qane edici sayıla bilməz və təbii resursların ucuzlaşdığı dövrdə artırılması qaçınılmazdır.Yuxarıda qeyd etdiyim kimi Özbəkistan və.s. dövlətlər belə xətt tutub. Post neft dövründə yeni yanaşmaların tətbiqi çətin olsa da inaniram ki,sonuc ölkəmizin xeyirinə olacaqdır. Azərbaycan post sovet məkanında çevik islahatlara gedən ən öncül dövlət olduğundan bunu əminliklə söyləmək olar.
Hesabatdakı bir neçə məqama toxunmaq istəyirəm.
2015-ci ildə ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 2.20 mlyrd manat olub. Bu 2014-cü ildən 10,4 mlrd azdır. Mən 2014-cü ildə də bunu qeyri-neft sektoru hesabına etməyin zəruri olduğunu bildirmişdim, bu gün bir daha təkrar edirəm.
Ticarət əməliyyatlarının həcmi 33,4 % azalıb, ixrac 47,6% azalıb, idxal həcmi isə 0,36%artmışdır. Amma biz idxalı azaltmalı, ixracı artırmalı idik.
İdxalın strukturunda ərzaq məhsullarının payı 11%-dir. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.
Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı 9,8% olub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 78,5% olub.
Bu isə istehsalçı və ixracatçı özəl sektorun arzulanan səviyyəyə çatmaması deməkdir.
Deməli, Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz.
Amma əyalət siyasətini kompleks tədbirlərlə stumllaşdırmaqla, həm idxaldan asılılıq minimum endirilər, həm də daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.İnanıram ki,qarşıdakı müddətdə bütün iradlar aradan qaldırılacaq.
Diqqətinizə görə təşəkkür edirəm.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |