22.02.2012 [15:17] - Gündəm
Bu gün saat 12 radalərində İran İslam Respublikasının hərbi helikopteri Azərbaycan sərhədini pozub.
Bu barədə Teleqraf.az-a hadisənin şahidi olmuş Azərbaycanın Astara rayonunun sakinləri məlumat verib.
Helikopterin sərhəd yaxınlığındakı xəstəxananın üzərində iki dəfə dövrə vurduğunu deyən şahidlərin sözlərinə görə, həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb. “İcra başçısı da xəstəxananın həyətində idi. O və digər məmurlar da bu hadisəni gözlərilə gördülər. Hətta icra başçısı qaçaraq xəstəxananın həyətindən uzaqlaşdı. Burada xırdavat satan bir çinli var. Onun satdığı durbini götürüb dəqiq baxdiq və gördük ki, “vaertalyot” İrana məxsusdur” – deyə, şahidlər bildiriblər.
Qeyd edək ki, İran helikopterinin üzərində dövrə vurduğu xəstəxana əsaslı təmir olunub və hazırda orada tamamlama işləri aparılır. Martın 1-də prezident İlham Əliyev həmin xəstəxananın açılışında iştirak etməlidir.

Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |