Şrift:
"100 İLİN YALANI, yoxsa 20 İLİN HƏQİQƏTİ"?
22.02.2012 [16:35] - Gənclik
Azərbaycan Dəniz Balıq Sənayesi Kollecində Xocalı Soyqırımının 20 illiyi qeyd olunacaq


Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin rəhbərliyi ilə birlikdə "100 İLİN YALANI, yoxsa 20 İLİN HƏQİQƏTİ"? adı altında Xocalı Soyqırımının 20 illiyini qeyd edəcək.

25 fevral saat 13-00-da Qafqaz Gimnaziyasının akt zalında gerçəkləşəcək tədbirdə təhsil ocağının rəhbərliyi, ictimai xadimlər, tələbələr iştirak edəcəkdir. Proqramda ictimai xadimlərin çıxışı ilə yanaşı, “General Əli” ləqəbi ilə tanınmış Əlövsət Qasımovun Xocalıda çəkmiş olduğu fotolardan ibarət sərgi təşkil olunacaq. Bundan başqa, Xocalıya həsr olunmuş “Ruhumun Harayı” filmi nümayiş etdiriləcək.

Tədbirin qonaqlarından biri də Qarabağ müharibəsi zamanı Bakı Dövlət Universitetində dərs deyərkən öz tələbələri ilə birlikdə döyüş bölgəsinə getmiş və həqiqətləri gözləri ilə görmüş Atamoğlan Məmmədlidir.

Bütün mətbuat işçiləri dəvətlidir!

Ünvan: Nərimanov rayonu Bakuvi 18, Koroğlu Rəhimov küçəsi ilə kəsişmədə (Odlar Yurdu Universitetinin yaxınlığı)
Əlaqə: (+994) 50 562 89 81; (+994) 55 727 37 11
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed