Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə seçicilərlə keçirilən məhəlli görüşlər davam edir
03.06.2016 [12:56] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə davamlı keçirilən məhəlli görüşlərdən daha biri Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində keçirilib. Yaşayış sahəsinin 153 və 157-ci binalarının sakinləri ilə keçirilən görüşdə ərazi ilə bağlı problemlərlə maraqlanılıb, sakinlər dinlənilib və qeyd edilən nöqsanlara yerli baxış keçirilib.
Cavabdeh qurumlara müraciət etmək üçün sakinlərin narazılığına səbəb olan hallar qeydə alınıb.
Eyni zamanda sakinlərlə dövlətçilik və milli maraqlar naminə ayıq sayıq olmaq, hər hansı separatçı, bölüçü təbliğatın aparılmasına imkan verməmək istiqamətində söhbətlər aparılıb.
Sakinlər də millət vəkilinin seçicilərə olan bu cür diqqət və qayğısına görə minnətdarlıqlarını bildirərək, problemlərin həlli istiqamətində köməkliyin olacağına əminliklərini ifadə ediblər. Onlar, milli maraqlar naminə istənilən təxribatın qarşısını almaqda əllərindən gələni etməyə hazır olduqlarını bildirblər.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir ərazidə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli üçün müvafiq qurumlara təqdim edilir.

MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed