Şrift:
Qazaxıstanın Aktobe şəhərində atışma olub
06.06.2016 [00:26] - Gündəm, Hadisə
Qazaxıstanın Aktobe şəhərində baş vermiş atışma nəticəsində ölən və yaralananlar var.

Kazinform informasiya agentliyi xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər Aktobe şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb.

Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.

Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed