Şrift:
Elçibəyin davamçılarından kimlər “Elçibəy mükafatı” təsis edib...
06.06.2016 [10:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, gerçəkləşməyib.
Bəs özünü Elçibəyin davamçıları adlandıran bəzi müxalifət partiyaları öndərlərinin adına hər hansı mükafat təsis edibmi?

Modern.az saytı bir neçə partiyadan münasibət öyrənməyə çalışıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədli belə bir haldan xəbərsiz olduğunu deyir.
“Əbülfəz Elçibəyin adına AXCP-də hər hansı mükafatın təsis edilməsi barədə məlumatım yoxdur”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bir vaxtla mükafatlar təsis etsələr də, indi bunun mümkün olmadığını deyir.

“Elçibəy adına “türkçlüyə xidmət ödülü” təsis etmişik. Bu ödüllər tanınmış insanlara təqdim olunub. Rəhmətlik Bəxtiyar Vahabzadə də “Elçibəy ödülü”nü alanlar sırasında olub. İki dəfə beynəlxalq “Elçibəy forumu” keçirmişik. İlk “Elçibəy forumu”nu 2000-ci il dekabr ayının 28-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirmişik. Çoxlu işlər görmüşük. Birinci “Elçibəy forumu”nda təşkilat komitəsinə türk dünyasından insanlar dəvət olunub. Elçibəy adına şahmat turnirləri keçirmişik. Hər il bunları etmişik.
İndi isə vəziyyət bir az çətindir. Dodaqqaçdı kimi demək olarsa, devalvasiya və digər məsələlər bunu keçirməyimizə mane olur. Üçüncü “Elçibəy forumu”nu keçirə bilməmişik. Bacardığımız işləri görmüşük. Bu yaxınlarda isə “Elçibəy forum”larının materiallarını YouTube-da yerləşdirəcəyik. Elçibəy dünyasını dəyişən günün 7-si qərarlar qəbul edib, həmin qərarla hökumətə müraciət ünvanlamışdıq. 40-ı günündə isə 7-də qəbul etdiyimiz qərarların icrası ilə bağlı hərəkətə keçmişdik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev də Elçibəy adına mükafatlar təsis etdiklərini deyir.
“Bizim təşkilat yeni qurulan vaxtlarda Elçibəyin adına futbol turniri keçirmişik. Sonrakı dönəmlərdə türk dünyası ilə bağlı yazı müsabiqələri elan etmişik. Mükafatlardan birini türkiyəli tələbə qazanmışdı. Bundan əlavə, bizim partiyada “Savalan” məktəbi olub. İkinci dəfə də “Bütöv Azərbaycan” adlı müsabiqə keçirmişik ki, o da Elçibəyin adı ilə bağlı olub. Biz zaman-zaman mərhum eks-prezident Elçibəyin adına mükafatlar təsis etmişik”.


Namidə BİNGÖL
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed