06.06.2016 [11:51] - Xəbərlər, Mədəniyyət
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ərtoğrul Cavidin xatirəsinə həsr edilmiş “Yaradan ömrün faciəvi sonluğu” adlı rəsm sərgisinin açılışı olub.
Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Ərtoğrul Cavidin kəşməkəşli həyat və yaradıcılığından söhbət açıb.
Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublikada görkəmli şəxsiyyətlərimizin irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu da səbəbsiz deyil, çünki millətin formalaşması və inkişafı üçün onun öz tarixini bilməsi, tarixi şəxsiyyətlərini tanıması vacib amillərdəndir. Bu baxımdan Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan tədqiqatçı, bəstəkar, rəssam, şair Ərtoğrul Cavidin xatirəsinin anılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, həyat çox gənc yaşlarından Ərtoğrulu çətin sınaqlar qarşısında qoyub. Buna baxmayaraq o, bu sınaqlardan şərəflə, ləyaqətlə çıxıb. Onun yaradıcılığı ilə tanış olanda Ərtoğrulun işgüzarlığına, zəhmətkeşliyinə, maraq dairəsinin genişliyinə heyran qalmamaq mümkün deyil. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklorumuzu toplayıb, aşıq yaradıcılığını tədqiq edib, ilk dəfə aşıq musiqisini nota köçürüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev həm Hüseyn Cavidin, həm də Ərtoğrul Cavidin yaradıcılığına böyük əhəmiyyət verib. 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi dahi rəhbərin şəxsi təşəbbüsü və göstərişi ilə uzaq Sibirdən Azərbaycana gətirilib, doğulduğu Naxçıvan torpağında dəfn olunub, məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb. Hüseyn Cavidin cənazəsinin qürbətdən, həyat yoldaşı Müşkünaz xanımın nəşinin Bakıdan, oğlu Ərtoğrulun isə Naxçıvan şəhər qəbiristanlığından gətirilib Hüseyn Cavid məqbərəsində bir yerdə dəfn olunması Ümummilli Liderimizin tarixi xidmətlərindəndir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd edib ki, bugünkü sərgidə Ərtoğrul Cavidin qrafika üsulu ilə çəkdiyi 14 əsəri, naxçıvanlı rəssamların Hüseyn Cavidə həsr olunmuş və yağlı boya ilə işlənmiş 21 əsəri nümayiş etdirilir.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova bildirib ki, Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolları yeni nəsillərimiz üçün nümunədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, gənclərimizin Azərbaycan tarixini dərindən öyrənməsi, görkəmli şəxsiyyətlərimizi yaxından tanıması onlarda milli qürur hissinin inkişafına müsbət təsir göstərməklə yanaşı, həm də milli birliyin formalaşmasına güclü təkan verir. Bu baxımdan Ərtoğrul Cavidin həyatı və qısa yaradıcılıq yolu hər bir gənc üçün mayak rolunu oynayır.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Həşimli Hüseyn Cavidin və Ərtoğrul Cavidin məşəqqətli ömür yolundan və bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də onlara göstərilən dövlət qayğısından və xalq sevgisindən söhbət açıb.
Qeyd edilib ki, ilham qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Azərbaycanda mütərəqqi romantizm onun adı ilə bağlıdır. Milli bədii düşüncə tarixini mövzu baxımından və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid keçmiş SSRİ dövründə “sosializm realizmi” yaradıcılıq metodu ilə yazmadığı və bu quruluşu vəsf etmədiyi üçün Sibirin qarlı-şaxtalı çöllərində faciəli şəkildə həlak olub. Onun bu yolunu Ərtoğrul Cavid ləyaqətlə davam etdirib. O, həmişə atası ilə fəxr edib, onun miras qoyduğu yol ilə inamla irəliləyib.
Hüseyn Həşimli diqqətə çatdırıb ki, gənc Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınayıb, uğurlu əsərlər yaradıb. 200-dən çox el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan qidalanıb, gözəl əsərlər yazıb. İlk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya”dır. Böyük Vətən müharibəsi başlanarkən “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazıb, “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb. 1942-ci ildə ordu sıralarına çağırılıb, “xalq düşməni”nin oğlu olduğu üçün, arxa cəbhədə fəhlə batalyonuna göndərilib. Ağır xəstələnərək 1943-cü ildə Naxçıvanda vəfat edib. Ərtoğrul Cavidin məzari ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.
Tədbirdə qardaş ölkədən gələn qonaq, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Qarabəkirin qızı Timsal Qarabəkir çıxış edərək, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi şəxsiyyətlərə verilən yüksək qiyməti alqışladığını, bundan böyük sevinc hissləri keçirdiyini bildirib. Timsal xanım qeyd edib ki, Ərtoğrul Cavid türk dünyasının böyük şairi, Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin oğludur. Hüseyn Cavid ilə müzəffər komandan Kazım Qarabəkir arasında Naxçıvan Rüşdiyyə məktəbində yaranan dostluq münasibətləri sonralar daha da möhkəmlənib. Görkəmli sərkərdəni və dahi ədibi Azərbaycanın və Türkiyənin, o cümlədən türk dünyasının gələcəyi ilə bağlı birgə ideyalar sıx birləşdirib. Hər iki şəxsiyyət əsrin sınaqlarına qarşı şərəflə mübarizə aparıb. Onların ən böyük arzusu xalqını və ölkəsini azad görmək olub. Bu gün onların arzuları artıq reallaşıb.
Qeyd edilib ki, bəşəriyyət tarixi çox sərkərdələr görüb. Ancaq Kazım Qarabəkirin şəxsində tamam ayrı-ayrı sənət sahiblərinə xas xüsusiyyətlər cəmləşdiyindən, o, bütün bu işlərin öhdəsindən qibtəolunacaq dərəcədə bacarıqla gələ bilib. Türk dünyası üçün Kazım Qarabəkir müharibə sənətinin, Hüseyn Cavid isə söz sənətinin zirvəsində dayanır. Ərtoğrul Cavid də atasının yolunu uğurla davam etdirib.
Sonra Hüseyn Cavid irsinin qorunub saxlanılmasında və tanıdılmasında xidmətlərinə görə Timsal Qarabəkirə, Sevda Cəfərovaya və Hüseyn Cavid ev-muzeyinin direktoru Bəhruz Axundova təşəkkürnamələr təqdim olunub.
Timsal Qarabəkir və Sevda Cəfərova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə xatirə plaketi və hədiyyə təqdim ediblər. Naxçıvanlı rəssam Əli Səfərli “Hüseyn Cavid” portretini Timsal Qarabəkirə hədiyyə edib.
Sonda sərgiyə baxış olub.
Sərgi iştirakçıları Abazər Qardaşbəyovun “Repressiya qurbanları”, Mircəlil Seyidovun “Cavidə haqsızlıq”, Telman Abdinovun “Cavid əfəndi” və digər rəsm əsərlərinə maraqla baxıblar.

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |