07.06.2016 [00:59] - Gündəm, Borçalı
2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstana rekord sayda turist səyahət edib.
"Sputnik-Georgia"nın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.
O qeyd edib ki, cari ilin 5 ayı ərzində Gürcüstana gələnlərin sayında rekord artım qeydə alınıb: "2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu, çox müsbət göstəricidir".
G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrdən deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.
Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəyə 2 119 275 nəfər səyahət edib. Turistlərin sayı isə 782 814 nəfər təşkil edib.
Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 071 nəfərlə Turkiyə gəlir.

Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |