08.06.2016 [10:37] - Gündəm, Sağlıq
Azərbaycanda müəllimlər dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplara aiddir. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər. Bu qrupa əsasən sosial sahələrdə çalışan şəxslər - həkimlər, müəllimlər, yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, hotellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar daxildir.
Məcburi olan bu prosesdə obliqat vətəndaşlar digər insanların yoluxucu, infeksion xəstəliklərə yoluxmaması üçün vaxtlı-vaxtında müayinədən keçməlidirlər. Bu məcburi müayinənin məqsədi belə xəstəlikləri vaxtında aşkarlamaq və yayılmasına imkan verməməkdir. Onların vaxtında müayinədən keçməsinə nəzarəti daha da gücləndirmək, prosesi şəffaflaşdırmaq məqsədilə informasiya sistemi yaradılıb. Obliqat qrupa aid olanlar müayinədən poliklinikalarda, tibb müəssisələrində pulsuz keçirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Trend-ə bildirib ki, müəllimlər ildə bir dəfə tibbi müayinədən keçirlər. Onlar bu zaman terapevt və dermatoloqların müayinəsindən, eləcə də rentgen müayinəsindən keçirlər.
Müayinələrin siyahısının Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə müəyyənləşdirildiyini deyən Z.Kazımov əlavə edib ki, əgər müəllimlər müayinələrdən keçməsə, buna görə həmin müəssisənin rəhbərliyi cavabdehlik daşıyır.
Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə deyib ki, hazırda müəllimlər üçün dövri olaraq tibbi müayinədən keçmə ilə bağlı tələb olsa da, bu, yerinə yetirilmir: "Tək-tək hallarda yerinə yetirilir, o da çox keyfiyyətsiz şəkildə. Çünki həkim müəllimin tibbi arayışına formal olaraq qol çəkib, möhür vurub. Həqiqi tibbi müayinədən keçməyən müəllimləri dərs keçməyə buraxmaq olmaz".
Mütəxəssis hesab edir ki, hər bir müəllim dərs ilinin əvvəlində tibbi müayinədən, o cümlədən psixoloji müayinədən keçməli, bundan sonra işə başlamalıdır.
Onun sözlərinə görə, tibbi müayinələrin tərkibinə ayrıca olaraq, psixoloji testdən keçmə daxil deyil.
Amma ekspert hesab edir ki, psixoloji müayinələrin də ümumi tibbi müayinələrin sırasına daxil edilməsi lazımdır. Ə.Ağayev bunun zəruriliyini artıq daha çox cavan insanın psixoloji durumunun zəif olması ilə əsaslandırıb: "Əvvəllər psixoloji durumun zəifliyi insanlarda yaşlanandan sonra müşahidə edilərdi. Amma indi bu, gəncləşib. Ona görə də bu məsələlər də nəzərə alınmalıdır".
Sovet dövründə Təhsil Nazirliyi tərəfindən müayinələrin təşkilinə ciddi şəkildə nəzarət edildiyini bildirən Ə.Ağayevin fikrincə, hazırkı dövrdə müəllimlərin tibbi müayinədən keçib-keçməməsinə yerli təhsil şöbələri və QHT-lər nəzarət etməlidir: "Hər bir məsələyə dövlətin nəzarət etmək imkanı yoxdur. Azərbaycanda vətəndaş cəmiyyəti qurulub, amma QHT-lər demək olar ki, işləmirlər. Bizdə QHT-lər bu sahə ilə bağlı öz təkliflərini hökumətə təqdim etməlidirlər".
O əlavə edib ki, bütün məktəblərdə icmalar yaradılmalıdır: "Bu icmalar da lazım olduqda müəllim adına ləkə gətirən insanları qınağa çəkməlidir".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə açıqlamasında bildirmişdi ki, müəllim vəzifəsinə işə qəbul zamanı namizədləri psixoloji testdən keçirmək mümkündür.
Onun sözlərinə görə, qəbul imtahanı kütləvi prosesdir, psixoloji testlər isə individual olur.
M.Abbaszadə qeyd edib ki, bir nəfərin psixoloji testdən keçirilməsindən ötrü bir psixoloq onunla 3 saat işləməlidir.
Sədr bildirib ki, bu prosedurları tədris prosesi zamanı il ərzində keçirmək mümkündür: "Bu yolla ali məktəbi bitirənədək müəllim ixtisasına uyğun olmayan təsadüfi insanlar tədrisdən ayrılacaq. Eləcə də müəllim vəzifəsinə işə qəbul zamanı da namizədləri psixoloji testdən keçirmək mümkündür. Hər bir insanın təhsil almaq hüququ var, lakin əgər ali təhsil almış insanın digər lazımi xüsusiyyətləri yoxdursa, onun işlə təmin olunması mütləq deyil".
Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, müəllimlərin ümumi dünyagörüşü və psixoloji vəziyyətləri mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin ikinci mərhələsində - müsahibə zamanı müvafiq komissiyası tərəfindən yoxlanılır və müvafiq qərar qəbul edilir.
Nazirlikdən əlavə edilib ki, əmək qanunvericiliyinə əsasən müəllimlər işə başlamamışdan əvvəl müəssisə rəhbərinə sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər.

Bu xəbər oxucular tərəfindən 1471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |