Şrift:
İmişlidə dolu damları dağıtdı, pəncərələri qırdı
09.06.2016 [00:59] - Gündəm, Hadisə
İmişliyə yağan dolu rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində ciddi fəsadlar törədib.

Region TV-nin məlumatına görə, gecə saat 2 radələrində başlayan və küləklə müşayət olunan dolu ağacları aşırıb, onların meyvələrini məhv edib və tərəvəz bitkilərini yararsız hala salıb.

Kənd sakini Pəncalı İbişov bildirib ki, onların evlərinə ciddi ziyan dəyib: "Evimizdə otaqdakı yorğan-döşək, hamısı pal-paltar, hamısı suyun içərisindədir. Sonra evin dam örtüyünü sındırdı, sonra pəncərələri qırdı tökdü".

Dolu evlərin dam örtüklərini zədələyib, pəncərələrin şüşələrini və politilen örtüklərini də sıradan çıxardıb. Kənd sakinlərinin sözlərinə görə, xəsarət alanlar olmasa da, ev quşları və heyvanlar arasında tələfat var.

Hazırda hadisə ilə bağlı İmişli rayon İcra Hakimiyyətinin Fövqəladə halllar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed