Şrift:
Bu il Ramazan ayı Şimal yarımkürəsində ilin ən uzun günlərinə təsadüf edir.
09.06.2016 [01:02] - Xəbərlər, İslam dini
Rusiya mətbuatının məlumatına görə, Skandinaviya ölkələrində müsəlmanlar 22 saatdan çox oruclu qalırlar. İsveçin Kiruna, Norveçin Tromso şəhərləri, eləcə də İslandiyanın paytaxtı Reykyavik bu göstəriciyə görə liderdirlər. Oslo, Kopenhagen, Helsinkidə isə 20 saat oruc tutulur.

Müsəlmanların ən qısa müddət oruclu qalacağı yer isə Argentinanın Uşuaya şəhəridir - 9 saat.

Lakin Omanda yerləşən Vekan kəndindəki müsəlmanlar yaşadıqları yerin təbiətinə görə hər il çaşqınlıq yaşayırlar. Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən kəndin dörd bir yanı dağlarla örtülüdür. Ona görə də Günəşin saat 11:00-da görünüb 14:30-da batdığı kənddə cəmi 3 saat yarım oruc tutulur. Lakin bəzi sakinlər ölkənin ümumi imsak və iftar saatlarından istifadə edir.
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed