Şrift:
“İran həmişə Ermənistanın...”- Fərəc Quliyev
10.06.2016 [10:19] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“İran həmişə Ermənistanın yanında olub”
Bunu Tərəfdar. az-a prezident Həsən Ruhaninin İrəvan səfərini şərh edərkən millət vəkli Fərəc Quliyev söyləyib.
Onun sözlərinə görə, İran hər zaman öz maraqlarından çıxış edib və tarixən Şimali Azərbaycanın zəif düşüməsində maraqlı olub:
"Bu, indi də belədir. Azərbaycanı bölən dövlət hec zaman Azərbaycanın güclənməsində maraqlı olmayacaq. Hər halda ölkəmiz bütün protokol qaydalarına əməl edərək Tehranla xoş münasibət saxlamağa çalışır. Yazıqlar olsun ki, cənub qonşumuz fərqli davranır. Onlar həmişə ədalətin və ədalətlinin yanında olduqlarını bildirirlər, amma hər zaman olduğu kimi ədalətsiz mövqedən çıxış edirlər. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bir dəfə olsun dillərinə gətirmirlər. Gedib Suriya və başqa ərazilərdə savaş aparırlar. Niyə Qarabağda döyüşmürlər? Qarabağda bütün əmlakımızı, yeraltı sərvətimizi daşıyıb aparıblar. Etrmənistana pəncərə, nəfəslik veriblər. İran Ermənistanla arasında olan körpüdən bütün günü Ermənistana mal daşıyır. Özümüz şahidi olmuşuq ki, Ermənistan səngərlərindən İrana məxsus mallar-ərzaq, dərmanlar, paltar, silahlar, elektrik cihazları və s... çıxırdı. İndi də durub İrəvana gedir. Bu yaxınlarda Ermənistan və İran prezidentlərinin görüşü baş tutdu. Bir- birinə tərif dedilər, qardaş olduqlarını dilə gətirdilər. Göründüyü qədər Tehran qərəzli şəkildə Azərbaycanın düşməninin yanında olmağı əsas götürüb. Dindən danışırlar, ancaq dinin özündə qəsb olunmuş ərazidə su ilə dəstnamaz almaq belə günahdır. Amma onlar Azərbaycan ərazilərini qəsb edən bir ölkə ilə xoş münasibət saxlayırlar".
Millət vəkili qeyd edib ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır:
"Onlar ölkəmizə qarşı qərəzli mövqelərini dəyişməlidirlər. Dəyişməyəcəklərsə, düşmən olduqlarını bildirsinlər. Belə olmaz ki. Gedib düşmən cinahda görsənib, sonra Azərbaycanda yalan danışmaq olmaz. Hesab edirəm ki, İranın bu addımında təccüblü heç nə yoxdur. Amma Azərbaycan ictimaiyyəti də Ermənistanın hərəkətlərini bilməlidir".
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu günlərdə Ermənistana səfər edəcəyini bildirib.
Tərəfdar.az
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed