Şrift:
İRAN ATOM ENERJİSİ AGENTLİYİNƏ “YOX” DEDİ
23.02.2012 [12:27] - Siyasət
Qərblə Tehran arasındakı münasibətlər daha da gərginləşir
Fevralın 22-də BMT-nin nəzdində olan Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir ki,İranda səfərdə olan agentlik nümayəndələrinin yerli rəsmilərlə apardığı iki günlük müzakirələr nəticəsiz başa çatıb.
Xatırladaq ki, son bir ayda bu, agentliklə İran arasında keçirilmiş ikinci danışıqdır. Hər iki danışıq uğursuz olub. Rəsmi Tehran agentlik nümayəndələrinin bir sıra hərbi obyektlərə girişinə icazə verməyiblər.
Bu isə o deməkdir ki, Qərblə İran arasında mövcud olan gərginliyə yeni elementlər daxil olacaq. Nəticədə İrana tətbiq olunan sanksiyaların təsir dairəsi genişlənəcək.
Agentliyin Venadakı baş ofisinin nümayəndəsi deyib ki, İran təkidlə bəzi obyeklərə girişə imkan vermir.
Agentliyin direktoru Yukiya Amono da məsələyə münasibət bildirib: “Təəssüflər olsun ki, bu barədə hər hansı razılıq əldə edilməyib. Həmçinin müzakirələrin birinci və ikinci mərhələsində Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehrana səfər edən yüksək rütbəli ekspertləri İranın “Parçin” nüvə obyektinə girmək istəsələr də, İran tərəfi buna imkan verməyib”.
Xatırladaq ki,İranın sözügedən agentlikdəki təmsilçisi Əli Əsgər Sultani bildirib ki,Tehran nüvə silahının dünyada yayılmasının qarşısını almaq istəyən agentlikə konstruktiv danışıqlar aparmaq fikrindədir.
Amma agentliyin mətbuat xidməti bildirib ki, hazırda agentliklə İran arasında gələcək danışıqlarla bağlı hər hansl razılaşma mövcud deyil.
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed